
Təcili Tibbi Yardım
Leyla Medical Center-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidməti, 7 gün 24 saat ərzində əhaliyə yüksək səviyyədə diaqnostik-müalicəvi xidmət göstərir. Təcrübəli və dinamik tibbi heyətimiz, hadisə yerində və ya xəstəxana şəraitində operativ xidmət göstərir.
Təcili yardıma ehtiyacınız olduqda, bizə müraciət edin!
Xidmətimizin üstünlükləri:
Təcili tibbi yardım xidmətimiz çərçivəsində ambulanslarımız müasir tibbi avadanlıq və zəruri tibbi ləvazimatlarla təchiz olunub. Bu avadanlıqlar xəstənin vəziyyətinin ilkin qiymətləndirilməsinə, həyati göstəricilərinin izlənilməsinə və ehtiyac yarandıqda təcili tibbi müdaxilələrin həyata keçirilməsinə imkan verir. İxtisaslı tibbi heyətimiz hadisə yerində, pasiyentin evində və xəstəxanaya daşınma zamanı vəziyyətə uyğun tibbi yardım göstərərək təhlükəsiz daşınmanı təmin etməyə çalışır.
Təcili tibbi yardıma ehtiyac yarandıqda, ev və ya mobil telefonunuzdan *0101 nömrəsinə zəng edərək xidmətimizə müraciət edə bilərsiniz. Çağırış zamanı operatora pasiyentin vəziyyəti, müşahidə olunan əlamətlər və dəqiq ünvan barədə məlumat vermək vacibdir. Bu məlumatlar tibbi briqadanın çağırışa uyğun hazırlanmasına və lazımi tədbirlərin görülməsinə kömək edir. Xidmətimiz pasiyentlərin ehtiyaclarına uyğun olaraq təcili tibbi yardımın təşkilini və tibbi heyətin ünvana yönləndirilməsini nəzərdə tutur.
Təcili tibbi yardım xidmətimizdə çağırışların operativ qəbuluna və tibbi briqadaların vaxtında istiqamətləndirilməsinə xüsusi diqqət yetirilir. Beynəlxalq standartlara uyğun olaraq, ambulansın klinika ərazisini 2 dəqiqə ərzində tərk etməsi nəzərdə tutulur. Çağırışın qəbulundan başlayaraq briqadanın hazırlanması və ünvana yola salınması koordinasiyalı şəkildə həyata keçirilir. Məqsədimiz pasiyentin vəziyyətinə vaxtında müdaxilə etmək, zəruri tibbi yardımı göstərmək və ehtiyac olduqda onu müvafiq tibb müəssisəsinə təhlükəsiz çatdırmaqdır.
Reanimobil xidmətimiz ağır və həyati təhlükə yaradan vəziyyətdə olan pasiyentlərin daşınması üçün nəzərdə tutulub. Xüsusi tibbi avadanlıqlarla təchiz edilmiş reanimobil vasitəsilə kritik vəziyyətdə olan xəstələrin evakuasiyası və klinikaya çatdırılması təşkil olunur. Daşınma zamanı pasiyentin vəziyyətinin izlənilməsi və zəruri tibbi dəstəyin göstərilməsi ixtisaslı tibbi heyət tərəfindən həyata keçirilir. Reanimobil xidməti xüsusilə intensiv tibbi nəzarətə ehtiyacı olan pasiyentlərin daşınmasında mühüm rol oynayır.
Xəstənin müalicəsinin davam etdirilməsi və ya ixtisaslaşmış tibbi yardım alması üçün xarici ölkəyə köçürülməsi zərurəti yarandıqda, təxliyə xidmətimiz bu prosesin təşkilini nəzərdə tutur. Pasiyentin sağlamlıq vəziyyəti, tibbi ehtiyacları və daşınma imkanları nəzərə alınaraq uyğun nəqliyyat vasitəsinin seçilməsi və tibbi müşayiətin təşkili həyata keçirilir. Ehtiyacdan asılı olaraq, daşınma marşrutu və müvafiq tibbi təşkilati məsələlər əvvəlcədən planlaşdırılır. Məqsədimiz pasiyentin bir tibb müəssisəsindən digərinə və ya xarici ölkədəki müalicə mərkəzinə mümkün qədər təhlükəsiz və koordinasiyalı şəkildə çatdırılmasını təmin etməkdir.
Yenilənmiş mobil tətbiqimiz hər zaman xidmətindədir.
iOS və Android əməliyyat sistemlərində mövcuddur.
