Allerqologiya

Allerqologiya

Allerqologiya — Allergiya orqanizmin hər hansı bir maddəyə yüksək reaksiyasıdır.

Klinikamızın allerqoloji şöbəsində aşağıdakı xəstəliklər müayinə və müalicə olunur:

Bronxial astma tənəffüs yollarının xroniki iltihabi xəstəliyidir və öskürək, hırıltılı nəfəs, nəfəs darlığı və sinədə sıxılma hissi ilə özünü göstərir. Allergenlər, soyuq hava, toz və fiziki yük simptomları gücləndirə bilər. Allerqoloq-immunoloq həkim şikayətləri və tənəffüs funksiyasını qiymətləndirir, lazım gəldikdə spirometriya və allergik testlər aparır, xəstəyə uyğun fərdi müalicə planı hazırlayır.

Allergik rinit burun selikli qişasının çiçək tozcuğu, ev tozu, heyvan tükü kimi allergenlərə qarşı iltihabi reaksiyasıdır. Burun tutulması, asqırma, burun axıntısı və qaşınma ilə müşayiət olunur, sinuslar və gözlər prosesə qoşulduqda rinosinusit və rinokonyunktivit yaranır. Həkim səbəbi müəyyən edir, lazım gəldikdə allergik testlər təyin edərək simptomları azaldan müalicə planını hazırlayır.

Dərman allergiyası bəzi dərman preparatlarına qarşı immun sistemin həddindən artıq reaksiyasıdır. Dəri səpgisi, qaşınma və şişkinlikdən tutmuş anafilaksiya kimi ağır hallara qədər müxtəlif şəkildə özünü göstərə bilər. Həkim tərəfindən xəstəlik tarixçəsi diqqətlə araşdırılır, səbəb olan preparat müəyyənləşdirilir və təhlükəsiz alternativ müalicə seçimləri tövsiyə olunur.

Qida allergiyası süd, yumurta, qoz-fındıq, balıq və dəniz məhsulları kimi müəyyən qidalara qarşı immun reaksiyadır. Dəri səpgisi, qusma, ishal, qarın ağrısı və nəfəs çətinliyi ilə müşayiət oluna bilər, ağır hallarda anafilaktik şok yarada bilər. Həkim allergen qidaları müəyyən edir, lazım gəldikdə testlər aparır və qidalanma, eləcə də təcili hallarda davranış qaydaları barədə məsləhət verir.

Dəri allergiyası qaşınma, qızartı, səpgi, quruluq və ya dərialtı toxumanın şişməsi ilə özünü göstərən xəstəliklər qrupudur. Buraya övrə, angionevrotik ödem, atopik dermatit və kontakt dermatit daxildir. Həkim xəstəliyin növünü və təhrikedici amilləri müəyyən edir, ehtiyac olduqda müayinələr təyin edərək müalicə və profilaktika planı hazırlayır.

Yenilənmiş mobil tətbiqimiz hər zaman xidmətindədir.

iOS və Android əməliyyat sistemlərində mövcuddur.

Xəritədə Bax

Yüklənir...