
Leyla Medical Center
1999-cu ildə Leyla Şıxlinskaya Klinikasının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyuldu. 2019-cu ildə isə klinika yenidən quruldu və Leyla Medical Center adı ilə fəaliyyətə başladı. Yeni ad, daha geniş xidmətlər və daha peşəkar həkimlər mərkəzin əsas tərkib hissəsi oldu. 2019–2020-ci illər Beynəlxalq keyfiyyətə nəzarət proqramları tətbiq olundu. Yeni şöbələr yaradıldı və müasir avadanlıqlar tətbiq edilməyə başlandı. Sənaye Tibbi Xidmətinin inkişafı üçün ciddi addımlar atıldı. Təcili Tibbi Yardım Xidmətləri beynəlxalq və yerli standartlara uyğun olaraq təşkil olundu. 22-ci ilində Referans Medical Group şəbəkəsinə daxil olaraq yeni ad, daha geniş xidmət çeşidi, daha da peşəkar həkimlər ilə sizlər üçün xidmət göstərməyə başladı. Mərkəzimiz tək Azərbaycanda deyil, eyni zamanda Qafqazda ilk Mamalıq və Ginekologiya üzrə ixtisaslaşdırılmış özəl tibb müəssisəsi kimi uğurla fəaliyyətə başlamışdır.
Bizlərə göstərilən inamı doğrultmaq və Səhiyyə sisteminin, xüsusilə özəl tibb sektorunun inkişaf etdirilməsi məqsədilə müəssisəmiz dayanmadan sizlər üçün xidmət göstərməkdədir. Leyla Medical Center olaraq yeni personal, yeni həkimlər, yeni avadanlıqlar və ən dəqiq laborator xidmətlər ilə "Sizin sağlamlığınız-bizim dəyərimizdir" şüarı altında fəaliyyətimizi sizlər üçün davam etdiririk.
Yenilənmiş mobil tətbiqimiz hər zaman xidmətindədir.
iOS və Android əməliyyat sistemlərində mövcuddur.
