Qastroenterologiya

Qastroenterologiya

Qastroenterologiya şöbəmiz ən son tibbi avadanlıq və peşəkar həkimlər ilə xidmətinizdədir.

İcra olunan prosedurlar və əməliyyatlar:

Qastroskopiya qida borusu, mədə və onikibarmaq bağırsağın daxili səthinin xüsusi optik cihaz – endoskop vasitəsilə müayinə edilməsidir. Bu üsul qıcqırma, qarınüstü ağrı, ürəkbulanma, udma çətinliyi, səbəbsiz arıqlama, qanazlığı və digər həzm sistemi şikayətlərinin araşdırılmasında istifadə olunur.

Helicobacter pylori mədənin selikli qişasında məskunlaşaraq qastrit, mədə və onikibarmaq bağırsaq xorası kimi xəstəliklərə səbəb ola bilən bakteriyadır. Onun aşkarlanması üçün nəfəs testi, nəcisdə antigen testi, qan analizləri və ya qastroskopiya zamanı götürülən biopsiyanın müayinəsi tətbiq oluna bilər.

Kolonoskopiya yoğun bağırsağın, rektoskopiya isə düz bağırsağın daxili səthinin endoskopik müayinəsidir. Bu müayinələr bağırsaq qanaxması, uzunmüddətli qəbizlik və ya ishal, qarın ağrısı, bağırsaq vərdişlərində dəyişiklik, poliplər və digər xəstəliklərin araşdırılması üçün aparılır. Kolonoskopiya həmçinin kolorektal xərçəngin erkən aşkarlanması və riskli poliplərin müəyyən edilməsi baxımından əhəmiyyətlidir.

Biopsiya müayinə zamanı şübhəli və ya dəyişiklik müşahidə olunan toxuma sahəsindən kiçik nümunənin götürülərək laboratoriyada, histopatoloji müayinəyə göndərilməsidir. Mədə, qida borusu, onikibarmaq bağırsaq, yoğun bağırsaq və düz bağırsaq xəstəliklərinin diaqnostikasında istifadə olunur. Biopsiya iltihabi dəyişikliklərin, infeksiyaların, selikli qişa xəstəliklərinin və şiş proseslərinin dəqiqləşdirilməsinə kömək edir.

Mədə-bağırsaq sistemində yaranan qanaxmalar bəzi hallarda təcili tibbi müdaxilə tələb edir. Endoskopik üsulla qanaxmanın mənbəyi müəyyən edilir və uyğun texnika vasitəsilə dayandırılmasına çalışılır. Bunun üçün xüsusi kliplər, inyeksiya üsulları, termal koaqulyasiya və digər endoskopik vasitələrdən istifadə oluna bilər.

Polipektomiya mədə-bağırsaq traktında aşkarlanan poliplərin endoskopik üsulla çıxarılmasıdır. Prosedur zamanı polipin ölçüsünə, formasına və yerləşməsinə uyğun xüsusi alətlərdən istifadə edilir. Çıxarılan toxuma, adətən, histopatoloji müayinəyə göndərilir. Polipektomiya bəzi poliplərin gələcəkdə bədxassəli dəyişikliklərə çevrilməsi riskinin azaldılmasına və erkən diaqnostikaya kömək edir.

Qida borusu və ya həzm sisteminin digər nahiyələrində yaranan daralmalar udma çətinliyi, qidanın keçməsində maneə və digər şikayətlərə səbəb ola bilər. Daralmış sahənin genişləndirilməsi üçün endoskopik balon dilatasiyası və ya bujlama üsullarından istifadə edilir. Prosedur zamanı xüsusi balon və ya genişləndirici alətlər vasitəsilə daralmış nahiyənin diametri artırılır.

Mədə balonu endoskopik üsulla mədəyə yerləşdirilən və müəyyən müddət ərzində mədədə yer tutaraq toxluq hissinin daha tez yaranmasına kömək edən vasitədir. Bu prosedur artıq çəkisi və piylənməsi olan, uyğun tibbi göstərişlərə cavab verən şəxslərdə çəki idarəetmə proqramının bir hissəsi kimi tətbiq oluna bilər.

Udulmuş yad cisimlər, xüsusilə iti, böyük ölçülü və ya batareya tipli əşyalar həzm sistemində zədələnmə və digər ağırlaşmalara səbəb ola bilər. Belə hallarda yad cismin yerləşdiyi nahiyə və xüsusiyyətləri qiymətləndirilərək endoskopik yolla çıxarılması həyata keçirilə bilər. Prosedur uşaqlarda və böyüklərdə yaşa, klinik vəziyyətə və yad cismin növünə uyğun planlaşdırılır.

PEG qidalanmanı ağız və ya qida borusu vasitəsilə kifayət qədər təmin edə bilməyən pasiyentlərdə qarın divarından birbaşa mədəyə qidalanma borusunun yerləşdirilməsi prosedurudur. Endoskopun köməyi ilə mədənin uyğun nahiyəsi müəyyən edilir və xüsusi qidalanma zondunun yerləşdirilməsi təmin olunur.

Müalicəvi əməliyyatlar:

Ezofagus varikozları qida borusunun venalarının genişlənməsi nəticəsində yaranır və xüsusilə qaraciyər sirrozu və portal hipertenziya olan pasiyentlərdə ciddi qanaxma riski yarada bilər. Band liqasiya proseduru zamanı endoskopun köməyi ilə genişlənmiş damarların üzərinə xüsusi elastik halqalar yerləşdirilir. Bu üsul damar daxilində qan axınının dayanmasına və varikoz düyünlərinin tədricən kiçilməsinə səbəb olur

Mədə-bağırsaq traktında yaranan qanaxmaların müalicəsində endoskopik üsullardan istifadə olunur. Qanaxmanın mənbəyi müəyyən edildikdən sonra vəziyyətə uyğun olaraq koaqulyasiya, inyeksion skleroterapiya, endoklipslərin yerləşdirilməsi və digər hemostatik müdaxilələr həyata keçirilə bilər.

Xəstəliklər:

Qastroezofageal reflüks, Ezofagitlər, Qida borusu xoraları, Axalaziya, Diafraqmal yırtıq və s.

Kəskin və xroniki qastritlər, H. Pylori qastriti, Biliar reflüks qastritlər, Mədə və onikibarmaq bağırsaq xorası, Dispepsiya və s.

Müxtəlif etiologiyalı hepatitlər (virus, autoimmun, toksiki və s.), Qaraciyər piylənməsi, Qaraciyər sirrozu və fəsadları, Qaraciyərin alkoqol zədələnməsi və s.

Xroniki pankreatitlər və s.

Öd yollarının diskineziyası, Kəskin və xroniki xolesistitlər, Öd daşı xəstəliyi və s.

Yoğun bağırsağın divertikulyar xəstəliyi, Qeyri-spesifik xorali kolit, Kron xəstəliyi, Bağırsaq disbakteriozu, Qəbizlik, Babasil (hemorroy) və s.

Yenilənmiş mobil tətbiqimiz hər zaman xidmətindədir.

iOS və Android əməliyyat sistemlərində mövcuddur.

Xəritədə Bax

Yüklənir...