Pediatriya Mərkəzi

Pediatriya Mərkəzi

Referans Medical Group daxilində fəaliyyət göstərən Leyla Medical Center-in Pediatriya Mərkəzinin açılışı baş tutdu.
Açılışda Referans Medical Group-un daxilində fəaliyyət göstərən rəhbər heyəti, dəvətli qonaqlar və əməkdaşlar iştirak etdi.
Məhz 1 iyun “Uşaqların Beynəlxalq Müdafiə Günündə, Qafqazın İlk Özəl Pediatriya mərkəzinin açılışını etməkdən qürur duyuruq…
Övladlarının sağlamlığını əmin əllərə etibar edən valideynlərimiz də xüsusi dəvətlilərimizdən idi. Açılış rəsmi və uşaqlar üçün əyləncə məqsədli qeyri-rəsmi hissədən ibarət keçirildi.

Leyla Medical Centerin Pediatriya mərkəzi geniş pediatrik xidmətlərini təqdim edir:

Mərkəzdə uşaqlarda böyrəklərin, sidik yollarının və cinsiyyət orqanlarının xəstəlikləri üzrə diaqnostika və müalicə xidməti göstərilir. Bura uşaqlarda tez-tez rast gəlinən sidik yolu infeksiyaları, gecə sidik qaçırma (enurez), sidik ifrazının pozulması, anadangəlmə inkişaf qüsurları və oğlan uşaqlarında xayanın, xaya qişalarının və sünnət dərisinin problemləri daxildir.

Hormon pozulmaları ilə bağlı xəstəliklərin diaqnostikası və müalicəsi pediatr-endokrinoloq tərəfindən həyata keçirilir. Bura uşaqlarda şəkərli diabet, qalxanabənzər vəzin xəstəlikləri, boy artımının geriliyi, piylənmə, erkən və ya gecikmiş yetkinlik və digər hormonal problemlər daxildir. Müayinələr hormon analizləri və ultrasəs ilə aparılır, müalicə isə hər uşağın yaşına və vəziyyətinə uyğun təyin olunur.

Uşaqlarda mədə, bağırsaq, qaraciyər və öd yollarının xəstəliklərinin diaqnostikası və müalicəsi pediatr-qastroenteroloq tərəfindən aparılır. Bura qarın ağrıları, qəbizlik və ya ishal, qastrit, qida həzmi pozuntuları, laktoza və qlütenə həssaslıq, qida allergiyaları və qurd invaziyaları daxildir. Müayinələr laborator analizlər və ultrasəs ilə aparılır, müalicə və pəhriz isə hər uşağın yaşına və vəziyyətinə uyğun təyin olunur.

Sinir sisteminin xəstəlikləri üzrə diaqnostika və müalicə uşaq nevroloqu tərəfindən həyata keçirilir. Bura başağrıları, qıcolmalar və epilepsiya, nitq və psixomotor inkişaf geriliyi, tiklər, yuxu pozuntuları, diqqət çatışmazlığı və hiperaktivlik, həmçinin doğuş zamanı alınmış nevroloji fəsadlar daxildir. Müayinələr nevroloji baxış, EEQ və ultrasəs ilə aparılır, müalicə isə hər uşağın yaşına və vəziyyətinə uyğun fərdi qaydada təyin olunur.

Ürək və qan damarlarının xəstəlikləri üzrə diaqnostika və müalicə uşaq kardioloqu tərəfindən aparılır. Bura anadangəlmə ürək qüsurları, ürəkdə küy, ritm pozuntuları, arterial təzyiqin yüksəlməsi və ya enməsi, ürək nahiyəsində ağrılar, tez-tez halsızlıq və nəfəs darlığı şikayətləri daxildir. Müayinələr EKQ, exokardioqrafiya (ürəyin ultrasəs müayinəsi) və təzyiqin ölçülməsi ilə aparılır, müalicə isə hər uşağın yaşına və vəziyyətinə uyğun təyin olunur.

Virus və bakteriyalarla bağlı yoluxucu xəstəliklərin diaqnostikası və müalicəsi infeksionist həkim tərəfindən aparılır. Bura uşaqlarda tez-tez rast gəlinən qrip və digər virus infeksiyaları, angina, ağır ishal və qusma ilə keçən bağırsaq infeksiyaları, suçiçəyi, qızılca, məxmərək, göy öskürək kimi uşaq infeksiyaları, mononukleoz və uzunmüddətli yüksək hərarət hallarında səbəbin araşdırılması daxildir.

Allergik xəstəliklərin diaqnostikası və müalicəsi uşaq allergoloqu tərəfindən aparılır. Bura qida və dərman allergiyaları, allergik rinit, bronxial astma, atopik dermatit, ürtiker (dəri səpgiləri) və Kvinke ödemi daxildir. Müayinələr allergik dəri testləri, qanda immunoqlobulin E (IgE) analizləri və laborator müayinələrlə aparılır, müalicə isə hər uşağın yaşına və vəziyyətinə uyğun təyin olunur.

Uşaqlarda cərrahi müdaxilə tələb edən xəstəliklərin diaqnostikası və müalicəsi uşaq cərrahı tərəfindən həyata keçirilir. Bura yırtıqlar (göbək, qasıq), appendisit, yumşaq toxuma irinli xəstəlikləri, xoşxassəli şişlər, sünnət, anadangəlmə inkişaf qüsurları və xəsarətlərdən sonrakı halların müalicəsi daxildir. Müayinələr cərrahi baxış, laborator analizlər və ultrasəs ilə aparılır, əməliyyat isə uşağın yaşına uyğun təhlükəsiz şəraitdə və lazım gəldikdə anesteziya ilə icra olunur.

Uşağın yaşına uyğun boy, çəki və inkişafının mütəmadi qiymətləndirilməsi pediatr tərəfindən aparılır. Bura profilaktik baxışlar, peyvənd təqvimi üzrə peyvəndlər, düzgün qidalanma və qidalanma rejimi üzrə məsləhətlər, xəstəliklərin erkən aşkarlanması və valideynlərin uşaq baxımı ilə bağlı suallarının cavablandırılması daxildir. Zəruri hallarda laborator analizlər və dar ixtisas həkimlərinin məsləhəti təyin olunur ki, uşağın sağlamlığı daim nəzarətdə saxlanılsın.

Uşaqlarda ani yaranan və təxirə salınmayan hallarda ilkin tibbi yardım təcili şöbənin həkimləri tərəfindən gecə-gündüz göstərilir. Bura yüksək hərarət və qıcolmalar, nəfəs darlığı, kəskin qarın ağrıları, qusma və susuzlaşma, zəhərlənmələr, allergik reaksiyalar, travmalar və yanıqlar daxildir. Uşağın vəziyyəti dərhal qiymətləndirilir, zəruri müayinələr aparılır və lazım gəldikdə müvafiq həkim-mütəxəssis cəlb olunur.

Həyati funksiyaları təhlükə altında olan uşaqlara intensiv müalicə və davamlı nəzarət reanimasiya həkimləri tərəfindən təmin edilir. Bura ağır tənəffüs çatışmazlığı, şok halları, ağır infeksiyalar, zəhərlənmələr, ağır travmalar və əməliyyatdan sonrakı ağır vəziyyətlər daxildir. Uşaq xüsusi avadanlıqla təchiz olunmuş palatada ürək-tənəffüs göstəriciləri monitorlar vasitəsilə fasiləsiz izlənilir və müalicə hər xəstənin vəziyyətinə uyğun aparılır.

İnstrumental diaqnostika bölməsi ən müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur.
Diaqnostik avadanlıqlar həm ambulator həm stasionar şəraitdə pasiyentlərə xidmət göstərməyə imkan verir.

Müayinə istiqamətlərimiz:

Daxili orqanların vəziyyətinin qiymətləndirilməsi həkim-radioloq (ultrasəs diaqnostika mütəxəssisi) tərəfindən aparılır. Bura qarın boşluğu orqanlarının, böyrəklərin və sidik kisəsinin, qalxanabənzər vəzin, ürəyin, yumşaq toxumaların, körpələrdə beynin (neyrosonoqrafiya) və qalça oynaqlarının müayinəsi daxildir. Müayinə ağrısız və təhlükəsiz olub şüalanma yaratmır, uşağın yaşına uyğun olaraq lazım gəldikdə təkrar aparıla bilər.

Sümük və ağciyər xəstəliklərinin diaqnostikası həkim-radioloq tərəfindən aparılır. Bura sümük qırıqları və zədələnmələri, ağciyər və bronxların iltihabi xəstəlikləri, oynaq və onurğa deformasiyaları, yad cisimlərin aşkarlanması daxildir. Müayinə qısa müddətdə, müasir aparatlarda minimal şüalanma dozası ilə və qoruyucu vasitələrdən istifadə edilərək, yalnız həkimin təyinatı əsasında aparılır.

Orqan və toxumaların qat-qat təsvirlərinin alınması həkim-radioloq tərəfindən aparılır. Bura baş beyin, döş qəfəsi, qarın boşluğu və sümük strukturlarının ətraflı müayinəsi, travmalardan sonrakı zədələnmələrin, şişəbənzər törəmələrin və ağır iltihabi proseslərin aşkarlanması daxildir. Müayinə yüksək dəqiqlikli aparatda qısa müddətdə həyata keçirilir, yalnız zəruri hallarda, şüalanma dozası uşağın yaşı və çəkisinə uyğun tənzimlənməklə təyin olunur.

Yumşaq toxumaların və daxili orqanların yüksək dəqiqlikli müayinəsi həkim-radioloq tərəfindən aparılır. Bura baş və onurğa beyni, sinir sistemi, oynaqlar, qarın boşluğu və kiçik çanaq orqanlarının xəstəliklərinin aşkarlanması daxildir. Müayinə maqnit sahəsi və radio dalğaları ilə aparılır, şüalanma yaratmır, kiçik yaşlı uşaqlarda lazım gəldikdə müayinə zamanı sakit qalmaları üçün xüsusi hazırlıq və ya yuxu rejimi tətbiq oluna bilər.

Həkimlər

T.Ü.F.D Op.Dr. Natiq Məhərrəmov

Cərrah Mama-Ginekoloq

Op.Dr. Bəhruz Ağayev

Cərrah Uroloq-Androloq

Dr. Oqtay Xəlilov

Pediatr-Reanimatoloq

Dr. Faiq İsmayılov

Aparıcı-Neonatoloq

T.Ü.F.D. Op.Dr. Nigar Əlizadə

Cərrah Mama-Ginekoloq

Op.Dr. Aynurə Abdullayeva

Cərrah Mama-Ginekoloq

Dr. Hafiz Həsənov

Terapevt

Dr. Sahib Cəfərov

Aparıcı Pediatr

Uzm.Dr. Kamil Şərifov

Pediatr-Neonatoloq

Uzm.Dr. Raul Əzimov

Cərrah Mama-Ginekoloq

Prof.Op. Dr. Kənan Yusif-zade

Ümumi Cərrah

Uzm.Dr. Həbib Sahratov

Terapevt

Dr. Anar Salayev

Qastroenteroloq-Endoskopist

T.Ü.F.D. Dr. Lolita Şirinova

Pediatr

Dr. Günay Rəsulova

Pediatr

Op.Dr. Nigar Muradova

Lor cərrah, Nevro-otoloq

Dr. Elnur Orucəli

Radioloq

Dr. Nərgiz Məmmədova

Pediatr

Dr. Yaqut Hüseyn

Radioloq

Dr. Xanoğlan Qəmbərov

Nevroloq

Dr. Asim Əhmədov

Anestezioloq-Reanimatoloq

Dr. Zaur Əsgərov

Anestezioloq-Reanimatoloq

Dr. Samirə Nəsibova

Uşaq Endokrinoloqu

Dr. Nərgiz Əlimuradova

Pediatr

Op.Dr. Lalə Həsənova

Cərrah-Oftalmoloq

Dr. İradə Nəcəfzadə

Neonatoloq

Dr. Lalə Hüseynova

Pediatr

T.Ü.F.D. Op.Dr. Aynur Muxtarova

Cərrah Mama-Ginekoloq

Dr. Tamilla Məlikova

Cərrah-Oftalmoloq

Op.Dr. Arzu Məmmədova

Cərrah Mama-Ginekoloq

Dr. Zahir Bağırov

Radioloq

Op.Dr. Aynur Yaqubova

Ümumi Cərrah

Dr. Ulduzə İsgəndərova

Stomatoloq

Dr. Səadət Kərimova

Kardioloq

T.Ü.F.D. Dr. Leyla Süleymanova

Dermatokosmetoloq

Dr. Aslan Cəfərov

Radioloq

Op.Dr. Nübar İsmayılova

Cərrah-Fleboloq

Dr. Mədinə Dilbazi

Endokrinoloq-Diyetoloq

Op.Dr. Almaz Nəbiyeva

Cərrah Mama-Ginekoloq

Dr. Leyla Abdullayeva

Neonatoloq

Op.Dr. Afət Məmmədova

Cərrah Mama-Ginekoloq

Op.Dr. Elnarə Məmmədova

Cərrah Mama-Ginekoloq

Op.Dr. Aygün Şahbazova

Cərrah Mama-Ginekoloq

Dr. Aysel Cəfərova

Endokrinoloq

Dr. Vlada Əhmədova

Cərrah-Oftalmoloq

Dr. Aliyə Aslan

Medikal Onkoloq

Dr. Nigar Şərbətova

Kardioloq

Dr. Ruhəngiz Nəsibli

Terapevt

Uzm.Dr. Nihad Nəzərzadə

Ümumi Cərrah

Uzm.Dr. Cavid Sərdarzadə

Uşaq Nevroloqu

Dr. Anar Seyfullayev

Uroloq-Androloq

Dr. Nərgiz Rəhimova

Pediatr

Dr. Pərvin Həsənova

Pediatr

Dr. Gülnar İslamzadə

Pediatr

Uzm. Dr. Anar Tağıyev

Uşaq Qastroenteroloqu, Hepatologiya və Uşaq Qidalanması üzrə Yan Dal Mütəxəssisi

Dr. Şəfa Ələkbərova

Pediatr

Dr. Xəyalə Quliyeva

Radioloq

Op. Dr. Rafiq Ağasiyev

Ümumi Cərrah

Op. Dr. Fəyyaz Məmmədov

Torakal Cərrah

Op. Dr. Elnur Nəbiyev

Cərrah Travmatoloq-Ortoped

Dr. Lalə Rəhimova

Pediatr

Dr. Aygün Musayeva

Pediatr-Endokrinoloq

Dr. Mahizər Əliyeva

Psixoterapevt

Dr. Mehriban Qasımova

Pediatr

Dr. Soltan Süleymanov

Pediatr

Uzm.Dr. Aysel Qədimova

Pediatr

Dr. Raisə Tahirova

Uşaq Nevroloqu

Dr. Könül Məzahimli

Pediatr

Dr. Günel Mürsəlova

Radioloq

Op.Dr. Leyli Sadıqlı

Cərrah Mama-Ginekoloq

Dr. Nəsimi Cabbarov

Kardioloq

Dr. Zaur Əhmədov

Uşaq Nefroloqu

Dr. Aynurə Hacıyeva

Nevroloq

Dr. Tatyana Babkina

Nevroloq

Op.Dr. Gülsənəm Qocamanova

Uşaq Cərrahı

Dr. Aytən Əliyeva

Nevropatoloq

Uzm.Dr. Elnurə Salmanova

Cərrah Mama-Ginekoloq

Dr. Aynurə İsmayılova

Pediatr-Neonatoloq

Dr. Ləman Əlirzayeva

Uşaq Metabolik Xəstəlikləri Mütəxəssisi

Dr. Elşən Rzayev

Kardioloq

Uzm.Dr. Araz Hüseynov

Uşaq Cərrahı

Dr. Türkan Sultanlı

Diyetoloq

Op.Dr. Sadiq Rzayev

LOR cərrah

Yenilənmiş mobil tətbiqimiz hər zaman xidmətindədir.

iOS və Android əməliyyat sistemlərində mövcuddur.

Xəritədə Bax

Yüklənir...