Pediatriya 2 Filialı

Pediatriya 2 Filialı

Uşaqlarınızın sağlamlığı üçün 24/7 xidmətinizdəyik!

Referans Medical Group-un tərkibində fəaliyyət göstərən Leyla Medical Center – Pediatriya 2 filialı uşaqlara doğulduqları ilk gündən etibarən kompleks, peşəkar və davamlı tibbi xidmət göstərir.

Mərkəzimiz həftənin 7 günü, sutkanın 24 saatı (24/7) fəaliyyət göstərərək uşaqların sağlamlığının qorunması, xəstəliklərin erkən diaqnostikası, müalicəsi və profilaktikası istiqamətində geniş tibbi xidmətlər təqdim edir.

Əsas üstünlüyümüz ambulator müayinə, təcili tibbi yardım, stasionar müalicə, çağırış xidməti, evdə tibbi xidmət və laborator diaqnostikanın vahid pediatrik xidmət sistemi çərçivəsində təşkil olunmasıdır.

Sutkanın 24 saatı təcili pediatrik tibbi yardım, Gecə və gündüz həkim çağırışı, Uşaqların ünvanında ilkin tibbi müayinəsi və vəziyyətinin qiymətləndirilməsi, Kəskin xəstəliklər və təxirəsalınmaz hallarda tibbi müdaxilə, Ehtiyac olduqda stasionara yönləndirmə və hospitalizasiya, Tibbi təxliyyə və pasiyentin tibb müəssisəsinə təhlükəsiz daşınmasının təşkili, Ünvanda tibbi xidmət və müşahidə.

Mərkəzimizdə müxtəlif yaş qruplarından olan uşaqlar üçün gecə-gündüz stasionar müayinə, müalicə və tibbi müşahidə xidmətləri təşkil olunur. Stasionar xidmətlərimiz - 24 saat pediatrik tibbi nəzarət, Kəskin respirator infeksiyaların müalicəsi, Bronxit, bronxiolit və pnevmoniyanın müalicəsi, Obstruktiv bronxit və bronxial astmanın kəskinləşməsində tibbi yardım, Kəskin bağırsaq infeksiyaları və susuzlaşma hallarının müalicəsi, Qızdırma və infeksion xəstəliklərin diaqnostikası və müalicəsi, İnfuziya terapiyası, İnhalyasiya və nebulayzer terapiyası, Göstərişə əsasən oksigen dəstəyi, Dinamik klinik və laborator monitorinq, Müalicədən sonrakı müşahidə və reabilitasiyaya yönləndirmə.

Yenidoğulmuşların və bütün yaş qruplarından olan uşaqların pediatrik müayinəsi, Profilaktik müayinələr və illik Check-up proqramları, Körpələrin fiziki və psixomotor inkişafının izlənilməsi, Boy, çəki və inkişaf göstəricilərinin qiymətləndirilməsi, Kəskin və xroniki xəstəliklərin diaqnostikası və müalicəsi, Xroniki xəstəlikləri olan uşaqların dispanser müşahidəsi, Məktəbə və bağçaya hazırlıq müayinələri, Qidalanma, yuxu, inkişaf və sağlam həyat tərzi üzrə məsləhətlər, İxtisaslaşmış pediatrik konsultasiyalar, Risk qrupuna daxil olan uşaqların fərdi müşahidə proqramları.

Mərkəzimizdə uşaqların yoluxucu xəstəliklərdən qorunması məqsədilə vaksinasiya və immunoprofilaktika xidmətləri həyata keçirilir: Milli peyvənd təqviminə uyğun immunizasiya, Əlavə və tövsiyə olunan peyvəndlər, Yenidoğulmuş, körpə, uşaq və yeniyetmələrin vaksinasiyası, Gecikmiş peyvəndlərin tamamlanması — Catch-up vaksinasiya, Fərdi peyvənd təqviminin hazırlanması, Peyvənddən əvvəl pediatrik baxış, Peyvənddən sonra tibbi müşahidə, Risk qrupuna daxil olan uşaqlar üçün fərdi immunizasiya planı, Valideynlərin vaksinasiya haqqında maarifləndirilməsi.

Xəstəliklərin vaxtında aşkarlanması və müalicənin effektivliyinin qiymətləndirilməsi üçün laborator və instrumental diaqnostika xidmətləri təqdim olunur: Ümumi qan və sidik analizləri, Biokimyəvi laborator müayinələr, İltihab göstəricilərinin təyini, İnfeksion xəstəliklərin laborator diaqnostikası, Göstərişə uyğun ekspress testlər, Müalicə prosesində laborator göstəricilərin dinamik izlənilməsi, EKQ müayinəsi, Pediatrik EXO-KQ (həkim qrafikinə əsasən.)

Uşaqların tanış və rahat ev şəraitində tibbi yardım alması üçün xüsusi xidmətlər təşkil olunur: Evə pediatr çağırışı, Yenidoğulmuşların evdə müayinəsi və patronajı, Ünvanda neonatoloji xidmət, Evdə stasionar tibbi müşahidə, Həkim nəzarəti altında müalicə, Tibb bacısı xidmətləri, Göstərişə əsasən infuziya və inyeksiya terapiyası, Laborator analizlər üçün evdə nümunə götürülməsinin təşkili, Müalicənin dinamik izlənilməsi, Səyyar anesteziya xidməti.

Yenidoğulmuşların ilkin pediatrik və neonatoloji qiymətləndirilməsi, İlk günlərdən sağlamlıq və inkişaf monitorinqi, Ana südü və süni qidalanma üzrə məsləhətlər, Çəki artımının izlənilməsi, Yenidoğulmuş sarılığının qiymətləndirilməsi, Körpələrdə profilaktik müayinələr, Valideynlərə qulluq və təhlükəsizlik üzrə tövsiyələr.

Tibbi yardıma ehtiyac olduqda uşaqların tibb müəssisəsinə təhlükəsiz və sürətli şəkildə köçürülməsi təmin edilir. Nəqliyyat zamanı uşağın vəziyyəti tibb işçiləri tərəfindən daim nəzarətdə saxlanılır.

Pediatr, Nevroloq / Epileptoloq, Psixoloq, Defektoloq / Loqoped, Psixiatr, Oftalmoloq, Endokrinoloq, Kardioloq, Hematoloq, Revmatoloq, Allerqoloq / İmmunoloq, Dermatoloq, İnfeksionist / Parazitoloq, Uşaq və yeniyetmə ginekoloqu, Uroloq, Nefroloq, Qastroenteroloq, Stomatoloq, Dietoloq, LOR (Otorinolarinqoloq), Fizioterapevt.

Yenilənmiş mobil tətbiqimiz hər zaman xidmətindədir.

iOS və Android əməliyyat sistemlərində mövcuddur.

Xəritədə Bax

Yüklənir...