Mərkəzimizin pasientlərinə, həmçinin korporativ müştərilərinə yüksək keyfiyyətli müxtəlif tibbi xidmətlərin göstərilməsinin təmin edilməsi və personalın əməyinin effektivliyinin yüksəldilməsinə doğru yönəlmişdir.
Mərkəzimizin siyasətinin əsas prinsipləri:
- Müştəri yönümlülük
müştərilərlə aktiv qarşılıqlı əlaqə quraraq göstərilən tibbi xidmətlərin yüksək səviyyəli xidmətini təmin edərək müştərilərimizin tələb və gözləntilərini mümkün qədər təmin etməyə çalışırıq; - Rəhbərlik və cəlb olunmuş heyət
ali rəhbərlik keyfiyyət sahəsində məqsədlərini və onların idarə olunmasını, eləcə də onlara nail olmaqda personalın cəlb olunmasını təmin edir; - Professionallıq
ali rəhbərlik müntəzəm monitorinq əsasında işçilərin peşəkar səviyyəsinin davamlı olaraq yüksəldilməsini təmin edir; - Prosesli yanaşma
göstərilən xidmətlərin keyfiyyətinin idarə edilməsi-xidmətlərin formalaşmasında iştirak edən hər bir biznes prosesinin effektivliyinin təmin edilməsinə və biznes proseslərinin müəyyən edilmiş meyarlara uyğunluğunun daimi monitorinqinə əsaslanır; - Daimi təkmilləşdirilmə
proseslərin fasiləsiz təkmilləşdirilməsi, risklərin qiymətləndirilməsi, təqdim olunan xidmətlərin müəyyən edilmiş meyarlara uyğunluğunun qiymətləndirilməsi, korreksiya hərəkətlərinin işlənib hazırlanması, həmçinin müştərilərin cari və yeni yaranan tələbatlarının öyrənilməsinin nəticələrinə əsaslanaraq innovasiyaların tətbiqi ilə təmin edilir; - Qarşılıqlı əlaqələrin idarə edilməsi
uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq qarşılıqlı etimad və tərəfdaşlıq münasibətlərinin hər bir iştirakçısının hörməti əsasında təmin edirik,; - Konfidensiallıq
biz informasiyanın saxlanılmasının vacibliyini dərk edirik və məxfi məlumatları özündə əks etdirən məlumatların təhlükəsizliyini təmin edirik, belə informasiyanın itməsinin, düzgün istifadə olunmamasının, icazəsiz əldə edilməsinin, yayılmasının və dəyişdirilməsinin qarşısını alırıq;
Ali rəhbərlik yuxarıda sadalanan prinsiplərə əsaslanan keyfiyyət idarəetmə sisteminin daimi təkmilləşdirilməsini təmin edir və hər gün müştərilərin tələbatını ödəməyə çalışan həmfikirlərdən ibarət komandanı formalaşdırır, həmçinin keyfiyyət sahəsində siyasət və məqsədlərin aktual vəziyyətdə olmasını öhdəsinə götürür.
Leyla Medical Center ISO 9001:2015 beynəlxalq standartına uyğun menecment sisteminin tətbiqi yolu ilə yuxarıda göstərilənlərə nail olmağa çalışır. Klinika həmçinin müştərilərimizin tələblərinə cavab vermək, müştəri rəylərini, eləcə də qanunvericilik və normativ aktlarını öyrənmək öhdəliyini əhatə edir.
Direktorlar, menecerlər və işçilər Keyfiyyətin İdarə Edilməsi Sistemi vasitəsilə keyfiyyətə nəzarət üçün məsuliyyət daşıyırlar. Daimi təhlil yolu ilə yaxşılaşmağa çalışıb, işləri ilə təchizatçılar və subpodratçılar əməkdaşlığa həvəsləndirirlər. Leyla Medical Center ISO 9001:2015 tələblərinə cavab verir və keyfiyyət prosedurlarından istifadə etməklə istehlakçıların,maraqlı tərəflərin tələbatlarını qarşılamağa çalışır.