“LEYLA MEDİCAL CENTER”-in Laboratoriyası müasir texnologiyaları özündə cəmləşdirən, Almaniya, Yaponiya, ABŞ və Avropanın istehsalı olan referans cihazlarla təchiz olunmuşdur. Bu cihazlar vasitəsilə laboratoriyamızda yüzlərlə analizlər, o cümlədən müxtəlif biokimyəvi testlər, hormonlar, onkoloji markerlər və s. yerinə yetirilir. Müayinələr müasir biokimyəvi analiz metodlarını özündə cəmləşdirən rəhbərliklər və CLSI (Clinical Laboratory Standarts Institute) standartları əsasında icra olunur. Qurulduğu gündən etibarən dünya laboratoriya sektorundakı yenilikləri təqib və təşkil etmək üçün bütün vasitələrdən istifadə olunur.
Daim inkişaf edən özəl müəssisə kimi “LEYLA MEDİCAL CENTER”- in tam avtomatlaşdırılmış Klinik Diaqnostik Laboratoriyasının istər orta tibb personalı, istərsə ali tibb mütəxəssisləri yüksək peşəkarlıq və bacarıqları ilə hər zaman nümunə olmağa davam edəcək.
Laboratoriyamızda aşağıdakı bölmələr fəaliyyət göstərir:
- KLİNİK BİOKİMYA
- İMMUNOLOGİYA
- HEMATOLOGİYA
- MOLEKULYAR GENETİKA
- PZR
- Molekulyar identifikasiya
- KLİNİK MİKROBİOLOGİYA
- Bakteriologiya
- Mikologiya
- Virusologiya
- Parazitologiya
Sizin sağlamlığınız- bizim dəyərimizdir!