
Uşaq Cərrahiyyəsi
Leyla Medical Center-in Uşaq Cərrahiyyə şöbəsi təcrübəli və peşəkar həkimlərlə xidmətinizdədir. Şöbəmizdə uşaqlarda müxtəlif cərrahi müdaxilələr müasir üsullarla icra edilir.
Təcrübəli komandamız sağlamlıq yolunda övladlarınızın yanındadır!
Aparılan əməliyyatlara daxildir:
Appendektomiya kor bağırsağın başlanğıc hissəsində yerləşən appendiksin iltihablaşması — appendisit zamanı həyata keçirilən cərrahi əməliyyatdır. Appendisit qarının sağ aşağı hissəsində ağrı, ürəkbulanma, qusma, iştahasızlıq və hərarət kimi əlamətlərlə müşayiət oluna bilər. Xüsusilə uşaqlarda xəstəliyin gedişi sürətlə dəyişə bildiyindən vaxtında tibbi müayinə və müalicə vacibdir.
Yumurtalıq kistlərinin cərrahi müalicəsi yumurtalıqlarda yaranan maye və ya digər toxumalarla dolu törəmələrin çıxarılması və sağlam yumurtalıq toxumasının mümkün qədər qorunması məqsədilə həyata keçirilir. Kistlər müxtəlif səbəblərdən yarana bilər və bəziləri heç bir əlamət vermədən müşahidə oluna bilər. Böyük ölçülü, davamlı böyüyən, ağrıya səbəb olan və ya müayinələrdə şübhəli xüsusiyyətlər göstərən kistlərdə cərrahi müdaxilə nəzərdən keçirilir.
Laparoskopik splenektomiya müxtəlif hematoloji, immunoloji və digər tibbi səbəblərlə dalağın cərrahi yolla çıxarılması əməliyyatıdır. Dalaq qan hüceyrələrinin süzülməsində, immun müdafiədə və orqanizmin infeksiyalara qarşı mübarizəsində mühüm rol oynayır. Bəzi xəstəliklər zamanı dalağın funksiyası pozula və ya onun ölçüsü əhəmiyyətli dərəcədə arta bilər.
Hidronefroz böyrəkdə sidiyin normal axınının çətinləşməsi və böyrək ləyənciyinin genişlənməsi ilə xarakterizə olunan vəziyyətdir. Bu problem sidik axarının daralması, anatomik maneələr və ya sidik yollarının digər anomaliyaları nəticəsində yarana bilər. Uşaqlarda hidronefroz bəzən hamiləlik dövründə aparılan ultrasəs müayinəsi zamanı aşkar edilir.
Vezikoureteral reflüks sidiyin sidik kisəsindən sidik axarlarına, bəzi hallarda isə böyrəklərə doğru geriyə qayıtmasıdır. Bu vəziyyət xüsusilə uşaqlarda sidik yolları infeksiyalarının təkrarlanmasına və bəzi hallarda böyrək toxumasının zədələnməsinə səbəb ola bilər.Müalicə reflüksün dərəcəsindən, uşağın yaşından, infeksiyaların təkrarlanma tezliyindən və böyrəklərin vəziyyətindən asılıdır. Bəzi hallarda müşahidə və dərman müalicəsi kifayət edə bilər. Davamlı və ya ağır reflüks zamanı cərrahi müdaxilə nəzərdən keçirilir.
Uşaqlarda uzun müddət davam edən və ya təkrarlanan qusma müxtəlif mədə-bağırsaq, anatomik və funksional problemlərlə əlaqəli ola bilər. Bu səbəbdən xroniki qusma zamanı ilk növbədə səbəbin dəqiq müəyyən edilməsi vacibdir. Bəzi hallarda mədə-bağırsaq keçidində daralma, anatomik anomaliya və ya digər cərrahi patologiyalar aşkar edilə bilər.
Diafraqma yırtığı qarın boşluğunda yerləşən orqanların diafraqmadakı təbii və ya patoloji dəlikdən döş qəfəsinə doğru keçməsi ilə xarakterizə olunan vəziyyətdir. Uşaqlarda bu problem anadangəlmə ola bilər və bəzi hallarda tənəffüs və həzm sistemi ilə bağlı ciddi problemlərə səbəb olur. Diaqnoz klinik müayinə və görüntüləmə üsulları əsasında müəyyən edilir.
Qida borusu atreziyası anadangəlmə inkişaf anomaliyasıdır. Bu zaman qida borusu normal şəkildə formalaşmır və onun yuxarı və aşağı hissələri arasında əlaqə olmur. Bəzi hallarda qida borusu ilə nəfəs borusu arasında fistula adlanan anormal əlaqə də mövcud olur. Bu vəziyyət yenidoğulmuşlarda qidalanma çətinliyi, ağız suyunun artması, öskürək və tənəffüs problemləri ilə özünü göstərə bilər.
Qasıq yırtığı uşaqlarda qarın boşluğundakı toxuma və ya orqanların qasıq kanalından xaricə doğru çıxması nəticəsində yaranır. Əksər hallarda anadangəlmə anatomik xüsusiyyətlərlə əlaqəli olur. Qasıq nahiyəsində, bəzən isə oğlan uşaqlarında xayalıqda şişkinlik şəklində müşahidə edilə bilər. Ağlama, öskürmə və fiziki gərginlik zamanı qabarmanın daha aydın görünməsi mümkündür.
Yenilənmiş mobil tətbiqimiz hər zaman xidmətindədir.
iOS və Android əməliyyat sistemlərində mövcuddur.
