Uşaqların göz sağlamlığı

Op.Dr. Lalə Həsənova

Op.Dr. Lalə Həsənova

Oftalmoloq

14.03.2025
0-16 yaşlı uşaq və yeniyetmələrin gözlərini qorumaq üçün onlar:1 yaşında,məktəbə getməzdən əvvəl, məktəbdə oxuyan zaman mütəmadi olaraq müayinədən keçməlidilər. Lakin aşağıdakı əlamətlərdən hər hansı biri meydana çıxarsa, dərhal üşaq göz xəstəlikləri sahəsində ixtisaslşamış həkimə (pediatrik oftalmoloqa) müraciət etmək vacibdir. Çəplik (strabismus) Gözlərdə qızartı və ya gözlərin sulanması Gözlərin titrəməsi Adətən qara olan göz bəbəyinin ağ ləkələri və ya bulanıq rəngi Daima əşyalara yaxından baxmaq Başı bir tərəfə əyib seyr etmək Tez-tez gözləri ovuşdurmaq Vaxtından əvvəl doğuş Nəsildə tənbəl göz müayinəsi Nəsildə göz xəstəlikləri UŞAQ GÖZ XƏSTƏLİKLƏRİ Göz ifrazatı və qızartısı Doğulan gündən ilk 15 gün ərzində körpənin gözlərində ifrazat və qızartı müşahidə oluna bilər. Belə hallarda ifrazatın başlanğıc günü, onun rəngi və təbiəti vacibdir. Müalicəni oftalmoloq başlamalıdır. 1-2 aydan sonra baş verən qızartı və ifrazat üçün xüsusi müalicə tələb olunmaya da bilər. Əgər bu hal 1-2 gün davam edirsə, göz damcıları lazım ola bilər. Göz qızartısı bəzən buynuz qişa ilə bağlı ola bilər. Əgər körpə gözünü qısır və ya onun gözü sulanırsa, oftalmoloqa müraciət etmək lazımdır. Digər uşaq göz xəstəlikləri Refraksiya xətaları Göz qapağı xəstəlikləri Katarakta Buynuz qişa xəstəlikləri Qlaukoma Tor qişa və göz sinir xəstəlikləri Retrolental Fibroplaziya (ROP) Retrolental fibroplaziya, vaxtından tez doğulan körpələrə təsir edən ən vacib göz sağlamalığı problemlərindən biridir. Körpə gözlərinin damarları doğuşadək inkişaf edir. Vaxtından əvvəl doğulan körpələrdə bu inkişaf bitmədiyinə görə doğulduqdan sonra da davam edir. Vaxtından əvvəl doğulan körpələri yaşatmaq üçün yüksək konsentrasiyalı oksigen, gözdəki damarların anormal inkişafına səbəb ola bilər. Vaxtından əvvəl doğulan körpələrin göz müayinəsi artıq doğumdan sonra 4 cü həftəsində aparılmalıdır. Digər körpələrin göz müayinəsi 1 yaşında aparılır.

Müəllif haqqında

Op.Dr. Lalə Həsənova

Op.Dr. Lalə Həsənova

Oftalmoloq

✅ 2010-cu ildən etibarən "Leyla Medical Center"də Oftalmoloq olaraq fəaliyyət göstərir.

Digər məqalələr

Əlaqəli məqalə tapılmadı
Həkimlərimiz
Check Up
Əsas Səhifə
Xəbərlər
Əlaqə