News Image

Qızılca xəstəliyinin diaqnostikasında Qızılca İgG və İgM testi

  • Qızılca son dərəcə yoluxucu xəstəlikdir və hava-damcı yolu ilə ötürülür. Virus əsasən tənəffüs yollarının selikli qişasını və udlağın arxa divarını yoluxdurur.
  • Simptomları:
  • - yüksək hərarət,
  • - quru öskürək,
  • - qızarmış gözlər,
  • - işığa həssaslıq,
  • - burun axması,
  • - boğaz ağrısı,
  • - ağızın selikli qişasında xırda ağ ləkələr və adətən üzdən başlayan gövdə və ayaqlara yayılan səpgilər.
  • Əksər insanlar bir neçə həftə ərzində sağalır, lakin təxminən 20%-də qulaq infeksiyaları, bronxit, pnevmoniya, ishal, ensefalit və korluq kimi ağırlaşmalar inkişaf edir.
  • İmmun sisteminin patologiyası və ya A vitamini çatışmazlığı olan insanlarda, eləcə də yaxşı qidalanmayanlarda xəstələnmə riski daha yüksəkdir. Hamilə qadınlar üçün qızılca düşük və ya vaxtından əvvəl doğuş üçün təhlükəlidir.
  • Qızılca virusu zamanı infeksiyaya cavab olaraq, orqanizm iki növ spesifik immunoqlobulin sintez edir: IgM və IgG.
  • Əvvəlcə IgM sintez olunur. İgM səviyyəsi bir neçə gün ərzində maksimuma yüksəlir və sonrakı həftələrdə tədricən azalmağa başlayır.
  • IgG sintezi bir az gec, infeksiyadan 2-4 həftə sonra başlayır, lakin onların konsentrasiyası bir neçə onilliklər ərzində davam edərək təkrar infeksiyaya qarşı qorunma təmin edir.
  • İgG peyvənddən sonra da aşkar edilir, buna görə də qızılca virusuna qarşı immunitetin göstəricisi kimi təyin edə bilərlər.
  • Sizin sağlamlığınız- bizim dəyərimizdir!
  • Ünvan: Xətai rayonu, Yusif Səfərov küç.19
  • Ətraflı məlumat: *0101
  • Whatsapp dəstək nömrəsi: +994 55 455 0111
  • ©️ Referans Medical Group

21 Noyabr 2023

Foto Qalereya

Qızılca xəstəliyinin diaqnostikasında Qızılca İgG və İgM testi - 1
Yüklənir...
Həkimlərimiz
Check Up
Əsas Səhifə
Xəbərlər
Əlaqə