Qızılca uşaqlar arasında geniş yayılmış yüksək yoluxuculuğa sahib virus infeksiyasıdır. Bütün yaş qruplarında rast gəlinməklə bərabər 1-5 yaş arası uşaqlarda rastgəlmə tezliyi artır. Qızılca özünü yüksək hərarət , burun axıntısı , öskürək , konyuktivit, dəridə etapla yaranan makulopapulyar səpgilər ilə büruzə verir . Qızılca üçün patoqnomonik olan əsas əlamət kataral dövrdə uşaqlarda yanaqda görünən Filatov koplik ləkələridir. Bu bizə səpgidən öncə xəstəliyin erkən diaqonstikasında köməkçi olan əsas klinik əkamətdir.
Qızılca diaqnozunu təstiqlədikdən sonra ilk etməli oldugumuz GEM-ə məlumat verməkdir. Uşaqlar kollektivdən uzaqlaşdırılmalı və uşağın klinik vəziyyətindən asılı olaraq ev və xəstəxana şəraitində izlənilə bilər. Qızılca çox ciddi ağırlaşmalar verən infeksion xəstəlikdir. Xəstələr otit , keratit, pnevmoniya, hətta ensefalitlə ağırlaşa bilər. Zamanında müayinə ilə düzgün müalicə tətbiq edilməlidir.
Məlumat üçün Mərkəzimizin Pediatrı Dr. Nərgiz Rəhimovaya təşəkkür edirik.