D hepatiti qara ciyərin virus xəstəliyidir. Xəstəliyin törədicisi insan orqanizmində virusun tək yox, digər infeksiya ilə birlikdə inkişaf etməsinə səbəb olur. D hepatiti xəstəliyə qoşulan ikinci infeksiya adətən B hepatiti olur. Bu da xəstəliyin gedişini daha da ağırlaşdırır.
Xəstəlik insana xəstə insanın şpirisindən istifadə edilən zaman yoluxur. Bəzi hallarda cinsi yolla və anadan dölə də keçə bilir.
Yoluxmanın baş vermə halları
=* Donor qanı köçürülən adamlar (1-2% hallarda) D hepatit virus gəzdiricisidir. Təkrar qan köçürülməyə məruz qalan adamlar xəstəliyə yoluxmaq üçün risk altındadırlar.
* Başqasının şpirisindən istifadə edən adamlar da B və D virusuna yoluxmaq üçün risk altında olanlardır.
* D virusu daşıyanla cinsi əlaqədə olmaq xəstəliyin yoluxma səbəblərindən biridir.
* D hepatitinə yoluxan qadının hamilə qalması dünyaya gələn körpənin xəstə doğulmasına səbəb olur.
* Tatuaj etdirən, iynə terapiyası götürən adamlar D hepatitinə yoluxmaq üçün risk altında olanlardan sayılır.
Əksər hallarda D virus hepatiti B virus hepatiti ilə birlikdə baş verir. Xəstəlik yoluxduğu andan 1-6 ay müddətində patoloji əlamətlərini inkişaf etdirir. Xəstəlik ağır infeksiya xəstəliyi sayılır.
Diaqnozun qoyulmasını laborator analizlər və qanın biokimyıvi göstəriciləri təsdiqləyir.
Leyla Medical Center
Sizin sağlamlığınız- bizim dəyərimizdir!
Ünvan: Xətai rayonu, Yusif Səfərov küç.19
Ətraflı məlumat: *0101
Whatsapp dəstək nömrəsi: +994 55 455 0111
©️ Referans Medical Group