EMQ periferik sinirlərə təsir edən xəstəliklərin diaqnostikasında, periferik sinirlərdə disfunksiyaların və ya struktur zədələnmələrin şiddətini təyin etmək, xəstəlik prosesini izləmək və tətbiq edilən müalicənin təsirini qiymətləndirmək üçün istifadə edilən müayinə üsuludur.
İki müayinə üsulu vardır:
- Səthi dəri təmaslı müayinə-ENMQ (Elektroneyromioqrafiya)
- İynə EMQ-sı EMQ (Elektromioqrafiya) adlanır.
Pasiyentlərdə şikayətlər:
Yuxarı və ya aşağı ətraflarda:
Keyimə hissi,
Paresteziya,(qarışqa yeriməsi hissi)
Kontraktura
Əzələ gücünün azalması
Əzələlərdə olan hipotrofiya,atrofiya
Yanma hissİ
EMQ hansı hallarda olunur:
- ALS kimi əzələ zəifləməsi ilə əlaqəli onurğa beyni xəstəliklərində
-Travmatik sinir kəsikləri kimi sinir xəsarətlərində
- Karpal tunel sindromu və s. sinir tutulması deyilən xəstəliklərdə
- Bel və boyun yırtığında
- Diabet, böyrək xəstəliyi kimi sinir funksiyalarına mənfi təsir edən xəstəliklərdə
- Miasteniya Gravis, Guillen Barre, Miopatiya kimi sinir-əzələ kompleksinin, əzələ xəstəliklərində və s.