Bariatrik əməliyyat Bədən Kütlə İndeksi (BKİ) 35-40 arasında olan şəxslər üçün icra oluna bilər. BKİ 40-dan yuxarı olarsa, dərhal əməliyyatın icrası tövsiyə olunur. Əməliyyatdan əvvəl pasiyentin endokrinoloji və psixoloji probleminin olub-olmaması, pəhri

Sağlam böyümə üçün yetərli qida qəbulu, normal hormonal vəziyyət və yetərincə də sevgi mühiti olmalıdır.
Normal boy artımı uşağın yaşına və cinsinə uyğun böyümə diaqramında çəki və boy əyriliyinə əsasən təyin edilir. Cəmiyyətdə boy artımı standartları fərqlidir və boy artımı həmin cəmiyyətə uyğun normal boy artımı qrafikləri ilə dəyərləndirilir. Boy artımının ən sürətli dövrü, doğumdan etibarən bir yaşına keçən dövrdür. İlk 1 ildə körpənin boyu 24 sm-ə qədər uzanır, 1-2 yaş arası ortalama 12 sm artım olur. İrəliləyən illərdə 5-6 sm-ə qədər düşür.
Boyun ləngiməsinə təsir edən əsas səbəblər:
Uşaqda hər hansı xroniki xəstəliklərin olması
Qeyri-rasional birtərəfli qidalanma
Orqanizmdə qurd-parazitin olması
Fiziki hərəkətsizlik - hipodinamiya
Psixoloji travmalar
Boy hormonunun defisiti
İrsiyyət və s.
Uşağın boyunu artırmaq üçün nə etməli?
Düzgün balanslanmış qida
Fiziki aktivlik
Normal yuxu
Günəş şüaları, təmiz hava və s.