Astiqmatizm – buynuz qişa və ya büllurun qeyri-sferik formaya malik olması ilə səciyyələnən refraksiya anomaliyasıdır. Astiqmatizmin diaqnostikası oftalmoloqun konsultasiyası zamanı bilinir.Astiqmatizm problemi yaşıyan uşaqlar bulanıq və əyri görürlər. Həmin uşaqlarda baş ağrısı, yorğunluq və gözdə gərginlik ən çox bilinən şikayətlərdəndir. Astiqmatizmə gözün optik sisteminin konfiqurasiyasının pozulması – buynuz qişanın qeyri-bərabər əyriliyi və ya büllurun anomal forması səbəb olur. Əksər hallarda astiqmatizm göz qapaqları, gözü hərəkət etdirən əzələlər və göz yuvası sümüklərinin göz qişalarına anadangəlmə qeyri-bərabər təzyiqi nəticəsində yaranan irsi xəstəlik sayılır.
Uşaqlarınızda belə əlamətlər olduqda Oftalmoloqa müraciət etməyiniz tövsiyə olunur.
Məlumat üçün Mərkəzimizin Oftalmoloqu Dr.Lalə Həsənovaya @gozhekimi_drlalehesenova təşəkkür edirik.