Uşaq sağlamlıq mərkəzi

Uşaq sağlamlıq mərkəzi

Leyla Medical Center-in “Uşaq sağlamlıq mərkəzi” peşəkar həkimlərimiz ilə 7 gün 24 saat, fasiləsiz tibbi xidmət göstərməkdədir!

Yeni doğulan körpələrə ən müasir avadanlıqlarla təchiz edilmiş şöbədə, xaricdə təhsil almış, təcrübəli Uzman Pediatr-Neonatoloqlar tərəfindən Beynəlxalq standartlara cavab verən ilkin neonatoloji xidmətlər, reanimasiya, intensiv terapiya, ikinci dərəcəli qulluq daxil geniş xidmətlər göstərilir.

Uşaq poliklinikasında sağlam uşaqların fiziki və psixiki inkişafının təqibi və beynəlxalq standartlara uyğun planlı və təcili peyvənd proqramları həyata keçirilir.

Həkim-pediatr müayinəsi ilə bərabər ehtiyac olarsa, digər müxtəlif ixtisas həkimlərin (otolarinqoloq, oftalmoloq, travmatoloq, kardioloq, qastroenteroloq, uroloq, ginekoloq və s.) müayinələri də təşkil olunur.

Xidmətlərimiz:

Ekstrim ağır və premature yenidoğulmaşların izləmi

İlkin reanimasion tədbirlər

Süni tənəffüs aparatı vasitəsi ilə ağciyərlərin ventilyasiyası

Surfaktantın yeridilməsi

Mərkəzi damarların (göbək arteriyası və venası) kateterizasiyası

Mübadilə qan köçürülməsi

Fototerapiya

Noninvanziv həyati əhəmiyyətli orqanların monitorinqi

Neonatal skrining testləri

Endokrin pozğunluğun təyini

Bütün növ ultrasəs müayinələri

Rentgenoqrafiya

Laborator testlər

Beynəlxalq standartlara uyğun təqvim üzrə bütün növ peyvəndlərin aparılması

Doğumdan sonra kontrol müayinələr və peyvəndlər və s.

Müalicə edilən xəstəliklər:

Yenidoğulmuşların problemləri

Uşaqlarda nefroloji xəstəliklər

Endokrin sistem xəstəlikləri

Qastrointestinal sistem xəstəlikləri

Uşaq acil xəstəlikləri

Sağlam uşaq inkişaf izlənməsi

Uşaq reanimasiyası

Uşaq allergik xəstəlikləri

Uşaq infeksion xəstəlikləri və s.

Ən dəyərlilərinizi bizə etibar etdiyiniz üçün sizə mərkəzimiz adından təşəkkür edirik!P

Xəritədə Bax

Yüklənir...