News Image

Hipertoniya

  • Bəzi insanlar yüksək təzyiqinin olduğundan xəbərsiz şəkildə öz həyatlarını davam etdirirlər.Lakin bu xəstəlik gizli qatil kimi zamanla orqanlara ziyan vurur və onları sıradan çıxararaq, orqan yetməzliyinə gətirib çıxarır.
  • Qan təzyiqinin 140/90 mm hg.st-dən artıq olması hipertoniyaya şübhə yaradır.
  • Lakin diaqnoz bir dəfə təzyiq ölçülməsi ilə qoyulmamalıdır. Bunun üçün mütləq həkimə müraciət edilməlidir.
  • HİPERTONİYANIN ƏLAMƏTLƏRİ:
  • - baş ağrısı
  • - baş dönməsi
  • - nəfəs darlığı
  • - ürəkdə çarpıntı
  • - görmə pozğunluğu və ikili görmə
  • - kəkələmə
  • - üzdə və bədəndə iynə batma hissi
  • HİPERTONİYANIN SƏBƏBLƏRİ:
  • - genetik faktor
  • - artıq çəki
  • - şəkərli diabet
  • - çox duz istifadəsi
  • - qeyri-aktiv həyat tərzi
  • - zərərli vərdişlər
  • - stres
  • Hipertoniya vaxtında müalicə edilmədikdə- insult, miokard infarktı, orqan çatışmazlığı, beyin qanamaları və s. kimi həyati təhlükə daşıyan risklər yarada bilər.
  • Məlumat üçün Mərkəzimizin Daxili Xəstəliklər Uzmanı Dr.Həbib Sahratova @dr.habibsahratov təşəkkür edirik.

26 Yanvar 2023

Yüklənir...
Həkimlərimiz
Check Up
Əsas Səhifə
Xəbərlər
Əlaqə