Kişi və qadın sonsuzluğu mərkəzi

Sonsuzluğa 40% kişi amilləri,40 % qadın amilləri, 20% isə qarışıq amillərlə rast gəlinir.

KİŞİ SONSUZLUĞU

Kişi sonsuzluğunun diaqnostikasına aiddir:

  • Anamnez topanması (həyatı və keçirilmiş xəstəliklər)
  • Hər iki partnyorun müayinəsi, qadının çoxalma qabiliyyəti
  • Fiziki (xarici) və instrumental müayinələr
  • Sperma analizi
  • Hormonların səviyyəsinin təyin edilməsi
  • Sidik-cinsiyyət yolları infeksiyalarının aşkar olunması

Genetik pozğunluqlar 5-15% hallarda kişi sonsuzluğuna səbəb olur. Onları yalnız dərin diaqnostika zamanı tapmaq olur. 

Əsas genetik sindromlar:

  • 46 XX kariotipi
  • 47 XYY kariotipi
  • Y-xromosomun delesiyaları.

QADIN SONSUZLUĞU:

Sonsuzluğun ilkin diaqnostikasında onun hansı faktorla əmələ gəldiyi aydınlaşdırılır:

  • Boru-peritoneal
  • Endokrin (anovulyator)
  • Uşaqlıq
  • Servikal (boyun)
  • Sonsuzluğa gətirib çıxaran xəstəlik və vəziyyətlər
  • Bitişmə ilə nəticələnən abort və onunla müşayiət olunan kiçik çanağın iltihabi prosesləri
  • Endometrioz
  • Endokrin xəstəliklər
  • Uşaqlıq və yumurtalıq şişləri
  • Uşaqlığın inkişaf qüsurları
  • Qadın sonsuzluğunun diaqnostikasına aşağıdakı instrumental müayinə metodları aiddir
  • Kiçik çanaq orqanlarının USM-i dopplerometriya ilə (qan axının qiymətləndirilməsi)
  • Qalxanabənzər və süd vəzilərinin USM-i
  • Mammoqrafiya (40 yaşdan aşağı qadınlarda informativliyi USM-dən az olduğu üçün az istifadə olunur)
  • Sonsuzluğu olan bütün qadınlara diaqnostik qaşınma ilə birlikdə histeroskopiya aparılır. Onu tsiklin birinci yarısında aparırlar, çünki bu zaman nazik endometrium qatı uşaqlıq sonsuzluğunun aşağıdakı səbəblərini gizlədə bilmir
    • poliplər
    • Uşaqlıqdaxili bitişmələr (sinexiyalar)
    • İnkişaf qüsurları
    • Uşaqlığın selikaltı mioması
    • Yad cisimlər
    • Xroniki endometrit və s.

Leyla Medical Center-in “Sonsuzluq Mərkəzi” 7/24 xidmətinizdədir. Sizin sağlamlığınız- bizim dəyərimizdir!