Kişi və Qadın Sonsuzluğu Mərkəzi

Sonsuzluq, müasir dövrdə çox yaygın bir problem olub, həm kişilərdə, həm də qadınlarda müxtəlif səbəblərdən yaranır. Təxminən 40% kişi amilləri, 40% qadın amilləri və 20% isə qarışıq amillər nəticəsində sonsuzluq yaranır. Leyla Medical Center olaraq biz, bu problemin diaqnozunu və müalicəsini müasir tibbi texnologiya və yüksək ixtisaslı həkimlərimizlə aparırıq.
Kişi Sonsuzluğu
Kişi sonsuzluğunun diaqnostikası ətraflı və çoxşaxəlidir. Bunun üçün aparılan müayinələr:

• Anamnez toplanması (həyat tərzi, keçirdiyi xəstəliklər, genetik amillər)
• Hər iki partnyorun müayinəsi, qadının çoxalma qabiliyyətinin qiymətləndirilməsi
• Fiziki və instrumental müayinələr
• Sperma analizi – spermatozoidlərin sayı, hərəkətliliyi və forması
• Hormon səviyyəsinin təyin edilməsi
• Sidik-cinsiyyət yolları infeksiyalarının aşkar olunması
Genetik pozğunluqlar da kişi sonsuzluğunun səbəblərindən biri ola bilər. Bu tip pozğunluqlar yalnız dərin diaqnostika zamanı aşkar olunur. Ən çox rastlanan genetik sindromlar:

• 46 XX kariotipi
• 47 XYY kariotipi
• Y-xromosomun delesiyaları
Qadın Sonsuzluğu
Qadın sonsuzluğunun diaqnozu müxtəlif səbəblərdən yaranan problemləri aşkarlamağa yönəlib. Sonsuzluğa səbəb ola biləcək amillər:

• Boru-peritoneal faktor (yumurtalıq və boru əlaqəsi)
• Endokrin (anovulyator) problemlər
• Uşaqlıq və onunla əlaqəli vəziyyətlər
• Servikal (boyun) faktorları
• Uşaqlıq və yumurtalıq şişləri
• Endometrioz
• Uşaqlığın inkişaf qüsurları
Qadın sonsuzluğunun diaqnostikasında tətbiq olunan instrumental müayinə metodları:

• Kiçik çanaq orqanlarının USM (dopplerometriya ilə qan axının qiymətləndirilməsi)
• Qalxanabənzər və süd vəzilərinin USM
• Mammoqrafiya (40 yaşdan aşağı qadınlarda USM-dən daha az istifadə olunur)
• Histeroskopiya – Uşaqlıqdaxili bitişmələrin, poliplərin, inkişaf qüsurlarının və digər problemlərin aşkar olunması üçün tətbiq edilir.
Sonsuzluq probleminin müalicəsi üçün həm kişilərdə, həm də qadınlarda müasir müalicə metodları tətbiq edirik. Bizim məqsədimiz, hər bir pasiyentə fərdi yanaşma ilə ən uyğun müalicəni təklif etməkdir.
Leyla Medical Center "Sonsuzluq Mərkəzi" 7/24 xidmətinizdədir!
Sonsuzluqla bağlı suallarınız və narahatlıqlarınız varsa, peşəkar həkimlərimiz sizə dəstək olmaq üçün hər zaman hazırdır. Sizin sağlamlığınız bizim ən böyük dəyərimizdir! Bizə etibar edin, sağlam gələcəyinizə bir addım daha yaxın olun.
Bizimlə əlaqə saxlamaq və təklif etdiyimiz müayinə və müalicə xidmətlərindən faydalanmaq üçün Leyla Medical Center olaraq hər zaman yanınızdayıq!
Side Banner
Side Banner
Yüklənir...
Həkimlərimiz
Check Up
Əsas Səhifə
Xəbərlər
Əlaqə