Keyfiyyət Siyasəti

Mərkəzimizin pasiyentlərə, həmçinin korporativ müştərilərə yüksək keyfiyyətli müxtəlif tibbi xidmətlərin göstərilməsinin təmin edilməsi və personalın əməyinin effektivliyinin yüksəldilməsinə doğru yönəlmişdir.
Mərkəzimizin siyasətinin əsas prinsipləri:

1. Müştəri yönümlülük
o Müştərilərlə aktiv qarşılıqlı əlaqə quraraq göstərilən tibbi xidmətlərin yüksək səviyyəli xidmətini təmin edərək müştərilərimizin tələb və gözləntilərini mümkün qədər təmin etməyə çalışırıq;

2. Rəhbərlik və cəlbolunmuş heyət
o Ali rəhbərlik keyfiyyət sahəsində məqsədlərini və onların idarəolunmasını, eləcə də onlara nail olmaqda personalın cəlb olunmasını təmin edir;
3. Professionallıq
o Ali rəhbərlik müntəzəm monitorinq əsasında işçilərin peşəkarlıq səviyyəsinin davamlı olaraq yüksəldilməsini təmin edir;
4. Prosesli yanaşma
o Göstərilən xidmətlərin keyfiyyətinin idarə edilməsi-xidmətlərin formalaşmasında iştirak edən hər bir biznes prosesinin effektivliyinin təmin edilməsinə və biznes proseslərinin müəyyən edilmiş meyarlara uyğunluğunun daimi monitorinqinə əsaslanır;
5. Daim təkmilləşdirilmə
o Proseslərin fasiləsiz təkmilləşdirilməsi, risklərin qiymətləndirilməsi, təqdim olunan xidmətlərin müəyyən edilmiş meyarlara uyğunluğunun qiymətləndirilməsi, korreksiya hərəkətlərinin işlənib hazırlanması, həmçinin müştərilərin cari və yeni yaranan tələbatlarının öyrənilməsinin nəticələrinə əsaslanaraq innovasiyaların tətbiqi ilə təmin edilir;
6. Qarşılıqlı əlaqələrin idarə edilməsi
o Uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq qarşılıqlı etimad və tərəfdaşlıq münasibətlərinin hər bir iştirakçısının hörməti əsasında təmin edirik,;
7. Konfidensiallıq
o Biz informasiyanın saxlanılmasının vacibliyini dərk edirik və məxfi məlumatların təhlükəsizliyini təmin edirik, belə informasiyanın itməsinin, düzgün istifadə olunmamasının, icazəsiz əldə edilməsinin, yayılmasının və dəyişdirilməsinin qarşısını alırıq;
o Ali rəhbərlik yuxarıda sadalanan prinsiplərə əsaslanan keyfiyyət idarəetmə sisteminin daimi təkmilləşdirilməsini təmin edir və hər gün müştərilərin tələbatını ödəməyə çalışan həmfikirlərdən ibarət komandanı formalaşdırır, həmçinin keyfiyyət sahəsində siyasət və məqsədlərin aktual vəziyyətdə olmasını öhdəsinə götürür.
Leyla Medical Center ISO 9001:
2015 beynəlxalq standartına uyğun menecment sisteminin tətbiqi yolu ilə yuxarıda göstərilənlərə nail olmağa çalışır. Klinika həmçinin müştərilərimizin tələblərinə cavab vermək, müştəri rəylərini, eləcə də qanunvericilik və normativ aktları öyrənmək öhdəliyini əhatə edir.
Direktorlar, menecerlər və işçilər Keyfiyyətin İdarə Edilməsi Sistemində məsuliyyət daşıyırlar. Leyla Medical Center ISO 9001:
2015 tələblərinə cavab verir və keyfiyyət prosedurlarından istifadə etməklə istehlakçıların,maraqlı tərəflərin tələbatlarını qarşılamağa çalışır.

Side Banner
Side Banner
Yüklənir...