- Əhalinin sağlamlığının yaxşılaşdırılmasına, səhiyyə sisteminin inkişafına və bu sahəyə olan etimadın daha da gücləndirilməsinə dəstək olmaq.
- Reproduktiv sağlamlıq strateqiyasını yaxşılaşdırmaq.
- Əsasən Cərrahiyə, Mama-ginekologiya, Pediatriya ve Neonatologiya sahələri üzrə yüksək səviyyədə referans müayinə və müalicə metodlarını araşdırılmaq və yeni tibbi texnologiyaları tətbiq etmək.
- Ölkə daxilində aparılmayan bütün laborator xidmətlərin yerli bir laboratoriyada aparılmasını təmin etmək.
- Səhiyyə xidmətlərinin keyfiyyətini dinamik şəkildə artırmaq.
- Pasiyentlərimizin ehtiyaclarına uyğun yüksək keyfiyyətli laborator və poliklinik xidmətlər göstərmək.
- Tibbi kadrların ixtisaslarının artırılması sahəsində islahatlar, onların sertifikasiyası və rezidenturanı tətbiq etmək
- Pasiyentlərimizin bizə olan inamını qorumaq və onların daimi məmnuniyyətini təmin etmək.
- Keyfiyyət sahəsində müəyyənləşdirilmiş məqsədlərin davamlı izlənilməsini təmin etmək və keyfiyyəti hər zaman ön planda tutmaqla, idarəetmə sisteminin effektivliyini artırmaq.
- Aparılan müasir testlər haqqında mütəmadi şəkildə həkimləri və geniş ictimaiyyəti məlumatlandırmaq.
- Beynəlxalq ictimaiyyətə tanınmaq istiqamətində fundamental addımlar atmaq.