Uşaq Sağlamlıq Mərkəzi

Uşaqlarınızın sağlamlığı bizim üçün hər şeydən önəmlidir. Leyla Medical Center Uşaq Sağlamlıq Mərkəzi 7/24 sizə xidmət göstərən peşəkar pediatrlar, müasir tibbi avadanlıqlar və beynəlxalq standartlara uyğun təchizatla fəaliyyət göstərir. Mərkəzimiz, uşaq sağlamlığı sahəsində geniş təcrübəyə malik olan həkim heyəti və müasir tibbi infrastrukturla təchiz olunmuşdur.
Mərkəzimiz aşağıdakı şöbələrlə fəaliyyət göstərir:

• Stasionar şöbə – Gecə və gündüz növbəsi ilə çalışan, peşəkar həkim və tibb bacıları tərəfindən yüksək qayğı ilə təmin edilir.
• Ambulator xidmətlər – Geniş pediatrik xidmətlər, uşaq sağlamlığına dair müayinə və müalicələr, həmçinin profilaktik tədbirlər.
• Reanimasiya və Neonatologiya – Yenidoğulmuş körpələrin müalicəsi və intensiv tibbi xidmət.
• Poliklinik xidmətlər – Aylıq müayinələr, peyvənd proqramları və daha çox.
Mərkəzimizdə xarici ölkələrdən gəlmiş ixtisaslaşmış həkimlər bütün növ pediatrik xəstəlikləri beynəlxalq protokollara uyğun olaraq müayinə edir və müalicə edir. Həkimlərimiz, uşaq sağlamlığını qorumaq və hər bir kiçik xəstənin ehtiyaclarını tam təmin etmək məqsədilə yüksək səviyyədə xidmət göstərirlər.
Pediatrik Poliklinikamızda:

• Dövlət vaksinasiya proqramına uyğun bütün növ peyvəndlər həyata keçirilir.
• Evdə müayinə və patronaj xidmətləri təqdim edilir.
• Sağlam uşaqların aylıq müayinələri və pediatrik check-up paketləri ilə bütün növ laborator və instrumental müayinələr aparılır.
Bizimlə olan hər bir valideyn, uşaqlarının yalnız müalicəsini deyil, həm də təhlükəsiz, rahat və sevgi dolu mühitdə tibbi xidmət almağını təmin edir.
Mərkəzimizdə göstərilən xidmətlər, uşağınızın sağlamlığını qorumağa və onları ən yaxşı şəkildə yetişdirməyə yönəlmişdir. Hər bir pasiyentə fərdi yanaşma, onların ailə üzvü kimi görülən diqqət və qayğı ilə yanaşılır.
Ən dəyərlilərinizə xidmət etmək bizim üçün şərəfdir. Uşağınızın sağlamlığına diqqət göstərmək, həyatını daha sağlam və rahat etmək bizim vəzifəmizdir. Bizə etibar etdiyiniz üçün təşəkkür edirik!
Sizə və uşağınıza sağlam və xoşbəxt bir həyat arzulayırıq!
Side Banner
Side Banner
Yüklənir...
Həkimlərimiz
Check Up
Əsas Səhifə
Xəbərlər
Əlaqə