Uşaqların və körpələrin dərisi üçün günəşdən yaxşı qorunma vacibdir, çünki onların zərif dərisi zərərli UV şüalarına qarşı hələ kifayət qədər inkişaf etməyib. 1 yaşından sonra uşağınızın üzünü və əllərini günəşdən qoruyucu və ya sink oksidli kremlə qorumaqda fayda var. 1 yaşından kiçik körpələrin günəş kremindən istifadə etmələri məsləhət deyil.
-Körpələr üçün nəzərdə tutulmuş bədən yağları günəşdən qoruyucu deyil, əksinə işığa qarşı həssaslığı artırır.
-Azyaşlı uşaqlar üçün kimyəvi UV filtrləri olan məhsullardan çəkinin, çünki onların uşaqların dərisinə necə təsir etdiyinə dair araşdırma yoxdur.
-Azyaşlı uşaqlar üçün mineral UV filtrli məhsul seçin. Tərkibi təbii minerallar olan günəşdən qoruyucu vasitələr daha güvənilir hesab olunur.
-Mineral filtrlər günəşi dəridən əks etdirir, kimyəvi filtrlər isə təhlükəli ultrabənövşəyi şüaları zərərsiz istiliyə çevirir.
-Xüsusilə kremlər və losyonlar uşaqlar üçün uyğundur, çünki onlar dərini geldən daha az qurudurlar.
-Suya davamlı günəş kremi istifadə edin, əks halda uşaq tərləyən zaman günəşdən qorunma azala bilər
-Son zamanlar günəş şüalarının intensivliyinin artması səbəbindən günəşdən qorunma faktoru (SPF) ən az 30 olmaqla, ən yaxşı halda 50 və daha çox olanını seçmək məsləhət görülür.
-Kimyəvi UV filtrləri olan məhsullardan istifadə edirsinizsə çölə çıxmamışdan ən azı 20-30 dəqiqə əvvəl günəşdən qoruyucu sürtməlisiniz.
-Mineral UV filtrləri sürtəndən dərhal sonra təsir etməyə başlayır.
-Mütəmadi olaraq krem tətbiq etmək vacibdir ki, uşağın dərisi günəş şüalarından zərər görməsin. Kremi ən gec 2 saatdan bir yenidən tətbiq etməlisiniz.
-Çimərlikdə çimdikdən dərhal sonra uşağınızı qurudun, quruduqdan sonra kremi tətbiq edin.
Məlumat üçün Mərkəzimizin Uşaq qastroenterologiya,hepatalogiya və qidalanma Uzmanı. Dr.Anar Tağıyevə təşəkkür edirik.
Leyla Medical Center-Pediatriya
Sizin sağlamlığınız- bizim dəyərimizdir!
Ünvan: Xətai rayonu, Yusif Səfərov küç.19
Ətraflı məlumat: *0101
Whatsapp dəstək nömrəsi: +994 55 455 0111
©️ Referans Medical Group