Papilloma nədir?

Bu suallar pasiyentlər tərəfindən verilən əsas suallardandır...

Papillomalar insan bədənində patoloji hallardandır. Ən çox ziyil və ya genital ziyil şəklində özünü göstərir. Maraqlıdır ki, bu cür formalar bədənin hər bir hissəsində görünə bilər.

Əgər papilloma HPV virusundan qaynaqlanırsa, onda belə bir xəstəlik onkogen hesab edilə bilər.

Əgər bədəninizdə papillomalar aşkar edirsinizsə, o zaman, mütəxəssislə əlaqə saxlayıb müayinəyə başlamanız tövsiyə olunur.

Bu günə qədər papillomaları aradan qaldırmağın bir çox yolu var:

Bunlardan biri, lazer üsulu ilədir.

Bu üsulla siz təkcə prosesin özünü deyil, kök sistemini də silə bilərsiniz. .
Bu üsul bu nahiyədəki papillomaları tam və daimi olaraq aradan qaldırmağa imkan verir.

Prosedur necə həyata keçirilir?

  • Xəstəxanaya yerləşdirmə tələb etmir
  • Lokal anesteziya altında icra edilir
  • Tamamilə qansız üsul
  • Çıxarılan yerdə heç bir iz qalmır
  • Çıxarılan papillomalar histoloji müayinəyə göndərilə bilər.