7-8 Dekabr tarixində əməkdaşlıq çərçivəsində,Türkiyədən dəvətli Beynəlxalq Kök Hüceyrə Tətbiqləri Assosiasiyası (ISSCA) və ReGen klinikalar şəbəkəsinin rəhbər heyəti Azərbaycana gəlmiş, ReGen Kök hüceyrə mərkəzinin açılışı baş tutmuşdur. 7 Dekabr Leyla Medical Center daxilində ReGen Kök hüceyrə mərkəzinin rəsmi açılışı baş tutmuş, təlim proqramı keçirilmiş, 8 Dekabr isə təcrübə keçirilmiş, iştirakçılara Beynəlxalq ISSCA sertifikatları təqdim olunmuşdur.
Təlim proqramı Amerikadan dəvətli Dr.Maritza Novas, Türkiyədən dəvətli Prof.Dr.Serdar Kabataş, Prof.Dr. Melih Sezgic, Dr.Erdinç Civelek və ReGen Baku Kök Hüceyrə Mərkəzinin rəhbəri, Nevroloq və Kök hüceyrə mütəxəssisi Dr.Aytən Əliyeva tərəfindən keçirilmişdir.