News Image

Hamiləlik zamanı COVID-19 virusundan necə qorunmalı?

  • Hamilə qadınlar da bu xəstəliyi ya yüngül, ya da orta ağır vəziyyətdə - öskürək, qızdırma, təngənəfəslik, baş ağrısı və iybilmə hissinin itməsi əlamətlərinin müşayiətilə keçirir və sağalırlar...
  • Bu əlamətlərin müşahidə edildiyi hamilə qadınlar xəstəxanada həkim nəzarəti altında olmalıdırlar.
  • "Qızdırma verən ağır xəstəliklərdə vaxtından əvvəl doğuma gətirib çıxara bilər"
  • Ancaq onu da qeyd edək ki, koronavirusla bağlı tənəffüs problemi olan qadınlarda körpənin yarımçıq doğulması yox, "Qeysər kəsiyi" adlı cərrahi müdaxilə vasitəsilə erkən doğum halları müşahidə edilə bilər.
  • Koronavirusa yoluxan hamilə qadınlarda erkən doğum riskinin artmasıyla bağlı dəlillər yoxdur.
  • Virus hamilə qadından körpəyə keçə bilərmi❓
  • Bəli, keçə bilər. Bir neçə belə hala rast gəlinib, ancaq körpələrin vəziyyəti yaxşı olub və onların xəstəxanadan çıxarılmasına icazə verilib.
  • Hamiləsinizsə və virusa yoluxduğunuzu düşünürsünüzsə, nə etməlisiniz❓
  • Soyuqlama və ya buna bənzər əlamətlər hiss edirsinizsə, yeddi gün boyu evdən çıxmayın.
  • Müntəzəm müayinələr üçün həkim qəbuluna yazılmısınızsa, klinikaya və ya həkiminizə vəziyyətiniz barədə məlumat verin.
  • Ancaq vəziyyətiniz ağırlaşsa, səhiyyə müəssisələriylə əlaqə saxlamalısınız❗

27 Yanvar 2021

Yüklənir...
Həkimlərimiz
Check Up
Əsas Səhifə
Xəbərlər
Əlaqə