Ağciyərlərin mexaniki ventilyasiyası ilə əlaqədi pnevmoniya

Qeyd etmək lazımdır ki, özü özlüyündə intubasiya və mexaniki ventilyasiya xəstələrdə pnevmoniya riskini 6-12 dəfə artırmış olur. Aşağıda mexaniki ventilyasiya ilə əlaqəli pnevmoniyaya səbəb ola bilər digər risk faktorlar təsvir edilir:

Beləliklə, aşağıdakı tədbirlər ağciyərlərin mexaniki ventilyasiyası ilə əlaqəli yaranan pnevmoniya hallarının azalmasına və ya önlənməsinə yardım edir:

-mexaniki ventilyasiyanın aparılması müddətini minimumam endirmək,
-xəstəyə yaxınlaşmadan əvvəl əllərin yuyulması,
-mədə turşusunun ifrazını azaldan (antasidlər, H2 blokatorlar, proton nasosun inhibitorları) preparatlardan istifadə etməmə,
-orofarinksin dekontaminasiyası (gündəlik xlorheksidinlə ağız boşluğunun təmizlənməsi),
-xəstənin yataqda uzandırdıqda yatağın baş hissəsinin 30-45 dərəcə qaldırılması (əgər əksgöstəriş yoxdursa),
-səs tellərindən aşağı yerləşən tənəffüs yollarının sovurma ilə sekresiyalardan təmizlənməsi,
-aspirasiyanın profilaktikası və
mədənin dilatasiyasının azaldılmasına yönəlik tədbirlər (nazoqastrik zond, PEQ zond, nazoyeyunal zond).

Leyla Medical Center
Sizin sağlamlığınız- bizim dəyərimizdir!
Ünvan: Xətai rayonu, Yusif Səfərov küç.19
Ətraflı məlumat: *0101
Whatsapp dəstək nömrəsi: +994 55 455 0111
©️ Referans Medical Group