Referans Medical Group daxilində fəaliyyət göstərən Leyla Medical Center yeni bir uğura imza atdı.

Amerika Ürək Assosiasiyasının (AHA) akkreditasiyasını rəsmi olaraq 2022-ci ilin 3 iyun tarixindən almış olduq və bu barədə ikitərəfli müqaviləyə imza atdıq. Bu işin ərsəyə gəlməsi sistematik auditlərdən sonra baş vermişdir.

Biz cəmiyyətdə səhiyyə işcilərinə və səhiyyədən kənar insanlara Amerika Ürək Assosiasiyasının (AHA) Beynəlxalq sertifikatlaşdırılmış İlk Yardım, CPR, Əsas Həyat Dəstəyi (BLS) təlim kurslarınə təmin edirik və AHA rəsmi Beynaxalq sertifikatını veririk.

Həmçinin mərkəzimiz müxtəlif təlim proqramları, seminarlar, simpoziumlar, görüşlər və digər əlaqəli tədbirlər keçirmək, Azərbaycan ictimaiyyətində müxtəlif səhiyyə işçilərinin peşə və təhsil bacarıqlarını davamlı təkmilləşdirmək üçün təşkil edilmişdir.

Təcrübəli İnstruktorlar:

Bizim instruktorlar keyfiyyətli İlk Yardım/CPR/BLS təhsilini keçirən təcrübəli, sertifikatlı İlk Yardım təlimi mütəxəssisləridir.

Təlimin İcmalı:

Əsas Həyat dəstəyi (BLS) - ürək dayanmasından sonra insanların həyatını xilas etmək üçün əsasdır. Bu instruktornan aparılan kurs xəstəxanadaxili və xəstəxanayaqədərki şəraitdə BLS bacarıqlarını öyrədən 1 günlük kursdur.

Missiyamız:

İnsanların həyatını xilas etmək məqsədi ilə peşəkar və yüksək keyfiyyətli İlk Yardım təlimlərini təmin etməkdir.

İlk Tibbi Yardım təlimlərinin əsaslarını bilmək istəyənlər müraciət edərək, təlimlərdən keçib, Amerika Ürək Assosiasiyası (AHA) tərəfindən akkreditə olunmuş sertifikatlar əldə edə bilərlər.