Son vaxtlar qızılcaya yoluxma hallarının artmasının ən böyük səbəbi peyvənd olunmamış və ya natamam peyvənd olunmuş uşaqlardır. Qızılca peyvəndi kommersiya hazırlığından asılı olaraq süd və ya yumurta zülalı ola biləcəyi üçün, süd və ya yumurta allergiyası olan uşaqlarda allergik reaksiyalara səbəb ola bilər.
-Süd və yumurta allergiyası 1 yaşa qədər körpələrdə çox rast gəlinir, lakin bu yaş qrupu da ağır qızılca riski altındadır. Bu səbəblə süd və yumurta allergiyası olan uşaqlar tədbir alınaraq qızılcaya qarşı peyvənd edilməlidir.
-Qida allergiyası olan uşaqlara qızılca peyvəndi ilə bağlı Türkiyə Milli Allergiya və Kliniki İmmunologiya Dərnəyinin Qida Allergiyası İşçi Qrupunun tövsiyələri:
-Qızılca-məxmərək-kabakulak peyvəndindən sonra allergik reaksiyalar olduqca nadirdir.
-İnək südü və yumurtadan başqa hər hansı qidaya allergiyası olan uşaqlar, allergiyası olmayan uşaqlarda görülən tədbirlərlə qızılcaya qarşı peyvənd oluna bilər.
-Qanlı, selikli nəcis və ya ekzeması olan və inək südü allergiyası və ya yumurta allergiyası diaqnozu qoyulan uşaqlar, allergiyası olmayan uşaqlarda görülən tədbirlərlə qızılcaya qarşı peyvənd edilə bilər.
-İnək südü və ya yumurta ilə təmasdan qısa müddət sonra dəri səpgiləri, qaşınma, şişlik və qusma kimi şikayətləri olan uşaqlar pediatrın nəzarəti altında peyvənd edilməlidir.
-Şiddətli inək südü və ya yumurta allergiyası olan və ya əvvəllər bu qidalarla allergik şok (anafilaksi) keçirmiş uşaqlar peyvənddən əvvəl uşaq allergiya immunoloquna göndərilməlidir.
Məlumat üçün Mərkəzimizin Uşaq Allerqoloqu Uzman. Dr.Röyalə Babayeva təşəkkür edirik.
Leyla Medical Center-Pediatriya
Sizin sağlamlığınız- bizim dəyərimizdir!
Ünvan: Xətai rayonu, Yusif Səfərov küç.19
Ətraflı məlumat: *0101
Whatsapp dəstək nömrəsi: +994 55 455 0111
©️ Referans Medical Group