Professor, Əməkdar həkim Kənan Yusif-zadənin “Tibbi Terminlərin İzahlı Lüğəti” kitabının təqdimatı

Noyabrın 29-da Bakı Kitab Mərkəzində Tibb elmləri doktoru, Professor, Əməkdar həkim Kənan Yusif-zadənin Azərbaycanda ilk dəfə geniş həcmli, 30 minə yaxın söz və söz birləşməsini özündə ehtiva edən “Tibbi Terminlərin İzahlı Lüğəti” kitabının təqdimatı keçirilib. Tədbirdə səhiyyə ictimaiyyətinin görkəmli şəxsləri, millət vəkilləri, tibb sahəsi üzrə mütəxəssislər və media nümayəndələri iştirak edib.
Təqdimatda iştirak edən hər kəsə təşəkkür edirik!