
Leyla Əliyeva və Arzu Əliyeva “Leyla Medical Center”in Pediatriya Mərkəzində olublar
- Leyla Əliyeva və Arzu Əliyeva martın 4-də “Referans Medical Group”un tərkibində fəaliyyət göstərən “Leyla Medical Center”in Pediatriya Mərkəzində olublar.
- Ziyarət zamanı qonaqlar Mərkəzin gündüz stasionarında müalicə alan uşaqlara baş çəkib, onların səhhəti və müalicə prosesi ilə maraqlanıblar.
- Uşaqlarla səmimi söhbət edən Leyla Əliyeva və Arzu Əliyeva körpələrə müxtəlif hədiyyələr təqdim edib, onlara xoş anlar yaşadıblar.
- Qeyd edək ki, Pediatriya Mərkəzində uşaqların sağlamlığının qorunması və müalicəsi istiqamətində müasir tibbi xidmətlər göstərilir, balaca pasiyentlərin rahat və təhlükəsiz mühitdə müalicə alması üçün bütün zəruri şərait yaradılıb.
5 Mart 2026
Foto Qalereya
































Yüklənir...