COVID-19 nəticəsi pozitiv olan pasiyentlər sağlamlıqların dəyərləndirilməsi və müalicə prinsipinin təyini məqsədilə mütəmadi olaraq digər laborator müayinələrdən də keçməli olurlar.
COVID-19 İzlənmə Paneli ilə bu artıq daha asan və rahat olacaq!
Bu panel ilə siz lazimi bütün ilkin müayinələrdən həm ev, həm klinika şəraitində tam rahatlıqla keçə biləcəksiniz.
Panelə daxildir:
Qanın ümumi analizi
D-dimer
CRP
Ferritin
PTZ
Prokalsitonin
LDH
İnterleykin-6
Panel ilkin məlumatlandırılma məqsədilə aparıldığı üçün, pasiyentin şikayətləri və xroniki xəstəlikləri nəzərə alınaraq həkim təyinatı əsasında əlavə müayinələrin də aparılması mümkündür.