Piylənmə

Piylənmə

Piylənmənin –müalicəsində pəhriz, fiziki yüklənmə və pasiyentin psixoloji vəziyyətinin korreksiyası müştərək formada aparıldıqda daha yüksək nəticələr əldə edilir. Kişilərlə müqayisədə qadınlar piylənməyə 2 dəfə artıq məruz qalır. Artıq çəkinin yarandığı kritik dövr 30-60 yaş arasıdır. Ümümdünya Səhiyyə Təşkilatının beynəlxalq ekspertlərinin fikrincə piylənmə peşə, sosial, milli, coğrafı, cinsi və yaş qrupundan asılı olmayaraq, planetimizin milyonlarla əhalisini əhatə edən qlobal epidemiyadır.Piylənmə hallarının 90%-i qida qəbulu, 5%-i isə metabolik pozğunluqlarla bağlı olur. Piylənmənin yaranmasına təkan verən amillər aşağıdakılardır: - az hərəkətli həyat tərzi; - ferment aktivliyinin irsi pozğunluğu (lipogenezdə iştirak edən fermentlərin fəallığının yüksəlməsi, - yağları parçalayan (lipoliz) fermentlərin aktivliyinin zəifləməsi); - qidalanma rejimində və xarakterində yol verilən xətalar (karbohidrat, yağ, qənnadı məmulatları, duz və - spirtli içkilərin həddindən artıq qəbulu, axşam saatlarında qidalanma və s.); - bəzi endokrin patologiyalar (hipotireoz, hipoqonadizm, insulinoma, İtsenko-Kuşinq xəstəliyi); - psixogen mənşəli izafi qidalanma; - fizioloji vəziyyətlər (laktasiya, hamiləlik, klimaks); - stresslər, yuxusuzluq, psixotrop və hormonal preparatların (steroidlər, insulin, kontraseptiv vasitələr) qəbulu.

healthKiosk.published_date: 11 Mart 2025

Side Banner
Side Banner
Yüklənir...
Həkimlərimiz
Check Up
Əsas Səhifə
Xəbərlər
Əlaqə