Ümumi cərrahiyyə

“Leyla Medical Center”-in əməliyyat bloku ən son və yüksək keyfiyyətə malik müasir avadanlıqlarla təmin olunmuş əməliyyat otaqlarından ibarətdir. Klinikamızın əməliyyat blokunda parallel olaraq 6 əməliyyat icra etmək mümkündür. Pasiyentlərimizə əməliyyatdan öncə və sonra peşəkar tibbi yardım göstərmək üçün geniş, tam təhciz olunmuş, təcrübəli heyətə malik olan reanimasiya və stasionar şöbə fəaliyyat göstərir. 24 saat ərzində pasiyentin bütün həyatı göstəriciləri daimi nəzarət altında saxlanılır. Əməliyyatxanada və cərrahiyyə şöbəsində fasiləsiz olaraq peşəkar mütəxəssislərdən ibarət heyət çalışır. Anesteziologiyada istifadə olunan avadanlıq və dərman preparatları ən müasir standartlara uyğundur. Klinikamızda ixtisaslaşmış həkimlər tərəfindən kiçik və iri həcmli müxtəlif növ əməliyyatlar icra olunmaqdadır. Ümumi cərrahiyyə şöbəsində uğurla öd kisə və öd yolları cərrahiyyəsi, mədə-bağırsaq cərrahiyyəsi, endokrin və bariatrik cərrahiyyə, yırtıqların bərpa olunması, mədəaltı vəz cərrahiyyəsi, fleboloji və çox sayda digər, o cümlədən ağır dərəcəli əməliyyatlar icra olunmaqdadır. Cərrahiyyə blokunun müasir avadanlığından və cərrahlarımızın peşəkarlığından yararlanaraq bütün əməliyyatlar ən yeni üsullarla, istər laparoskopik,lazer və mikroskopla, istərsə də açıq və klassik yollarla həyata keçirilir. Əməliyyatlar ən müasir yollarla aparıldıqından pasiyentlərin bərpası daha az vaxt çəkir. Əməliyyat texnika və üsullarının təkmilləşdirmək məqsədi ilə, həkimlərimiz və orta tibb personalı daima xarici ölkələrə səfər edir, dünyanın böyük tibbi mərkəzləri ilə təcrübə mübadiləsi aparır.

https://www.instagram.com/tv/CgPuA_qq36Z/?utm_source=ig_web_copy_link

https://www.instagram.com/tv/CcqO2nhKAs1/?utm_source=ig_web_copy_link

https://www.instagram.com/p/CsUNNAGgAKb/