Ünvanda müayinə rahat, komfortlu və operativ tibbi xidmətin ən optimal üsuludur.
Ünvanda müayinə rahat, komfortlu və operativ tibbi xidmətin ən optimal üsuludur.
Təcili və Təxirəsalmaz Tibbi yardım xidməti üzrə briqadamız 7/24 sizə yüksək səviyyədə diaqnostik-müalicəvi xidmət göstərir.
çağrı mərkəzi dinləmədədir. Suallarınızı cavablandırmağa hazırıq!
1999-cu ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən açılışı baş tutan Leyla Medical Center fəaliyyətinin 22-ci ilində Referans Medical Group şəbəkəsinə daxil olaraq yeni ad, daha geniş xidmət çeşidi, daha da peşəkar həkimlər ilə sizlər üçün xidmət göstərməyə başladı. Mərkəzimiz tək Azərbaycanda deyil, eyni zamanda Qafqazda ilk Mamalıq və Ginekologiya üzrə ixtisaslaşdırılmış özəl tibb müəssisəsi kimi uğurla fəaliyyətə başlamışdır.
Bizlərə göstərilən inamı doğrultmaq və Səhiyyə sisteminin, xüsusilə özəl tibb sektorunun inkişaf etdirilməsi məqsədilə müəssisəmiz dayanmadan sizlər üçün xidmət göstərməkdədir. Leyla Medical Center olaraq yeni personal, yeni həkimlər, yeni avadanlıqlar və ən dəqiq laborator xidmətlər ilə "Sizin sağlamlığınız-bizim dəyərimizdir" şüarı altında fəaliyyətimizi sizlər üçün davam etdiririk.
Qafqazın ilk Mamalıq və Ginekologiya mərkəzi olan Leyla Medical Center uğurla inkişaf etməkdədir. Leyla Medical Center fəaliyyətini daha mütəşəkkil əsaslarla, daha geniş xidmət çeşidi və daha peşəkar həkimlərlə davam etdirir. Daimi məmnunluğu təmin etmək məqsədilə Beynəlxalq Keyfiyyətə Nəzarət proqramları tətbiq olunur, bununla yanaşı pasiyent təklifləri nəzərə alınaraq, dəyərləndirilməklə istədiyiniz mərkəzə çevrilir.
Öncədən randevu almaq göstərilən xidmətin yüksək keyfiyyəti, rahatlığınız və sizin rutin planlarınız üçün vacibdir.
Leyla Medical Center-in tibbi xidmətlərindən istifadə etmək üçün klinikaya müraciət edərkən şəxsiyyət vəsiqənizi, əgər əcnəbi vətəndaşsınızsa, xarici pasportunuzu və ya müvəqqəti qeydiyyat sənədinizi gətirməyiniz vacibdir.
Müştəri xidmətləri rəhbəri və tibbi mühasibatlığa müraciət edə bilərsiniz.
Leyla Medical Centerin ən böyük uğuru ixtisaslaşmış peşəkar komanda ilə pasiyentlərini yüksək keyfiyyətli tibbi xidmətlə təmin etməsidir. Həkim-pasiyent münasibətində yeni dövrə keçid bizim əsas prioritetlərimizdən olduğu üçün burada müraciət etdiyiniz ilk andan fərdi yanaşmanı hiss edəcək və elektron qeydiyyatla qəbul sistemi sizə maksimum xoş abu-hava yaradacaq. Növbəti mərhələdə pasiyentlərin sağlamlıq vəziyyətlərinin sonadək təqibi ilə sizin sağlamlığınıza verdiyimizin dəyərin şahidi olacaqsınız. Peşəkar tibbi komandamız ilə hər zaman xidmətinizdəyik.
Xətai rayonu, Yusif Səfərov küç.19
Copyright © 2024, Leyla Medical Center. Dizayn: İNNOA MMC