Hər qadın bunu bilməlidir.

Hər bir qadın ayda bir dəfə özü özünü müayinə etməlidir. Bu müayinə menstruasiya başlayandan 5-7 gün sonra, yəni hormonal təsirin minimal olduğu dövrdə aparılmalıdır. Müayinə ilk olaraq güzgü qarşısında başlamalıdır. Əllər belin üzərinə qoyularaq əvvəlcə süd vəzilərinin simmetrik olub-olmadığı yoxlanılır. Süd vəzilərində görünən bir kütlə araşdırılır, dərisində hər hansı bir depressiya və ya rəng dəyişikliyi olub olmadığı yoxlanılır. Eyni müayinələr əlləri qaldıraraq təkrarlanır. Daha sonra müayinə uzanarkən aparılır. Müayinə əvvəlcə sağ süd vəzisindən başlayır. Daha rahat müayinə üçün sağ çiyin arxasının altına kiçik bir yastıq qoyulur. Sağ əl başın arxasına qoyulur. Sonra isə əksi.