Uşaq dırnaq yeyir deyə, onu danlamaq, ağlatmaq, qorxutmaq qətiyyən yolverilməzdir! Övladınız dırnaq yeməyə başlayıbsa, ilk öncə həyatında hər hansı psixoloji gərginliyin olub-olmadığını aydınlaşdırın, vərdişin tərgidilməsi üçün səy göstərin, əgər alınmazsa mütləq həkimə müraciət edin.
Nə edə bilərik?
🔸Şərti gigiyena vərdişlərini uşaqlarınıza öyrədin,
🔸Tez- tez əl yumaq vərdişi edinin,
🔸Dırnaqlarını tez- tez kəsin,
🔸Çiy meyvə və tərəvəzlərin yaxşı yuyulmadan yeyilməsinə icazə verməyin
🔸Ətin yaxşı bişməməsinə ,içməli suyun təmizliyinə diqqət edin
🔸Çirkli sularda çimilməməsinə, yalın ayaqla torpaqda gəzilməməsinə diqqət edin və s.
Dırnaq yemək vərdişi uşaqlarda çox kobud gigiyena pozğunluğu və parazit xəstəliklər daxil olmaqla mədə-bağırsaq infeksiyalarına gətirib çıxara bilər.