Blefaroplastika və ya göz qapaqlarının plastik əməliyyatı estetik cavanlaşma məqsədi ilə üst və alt göz qapaqlarının cərrahi olaraq qaldırılmasıdır. Sallanan dərini dartmaqla yanaşı, bu əməliyyat yuxarı göz qapaqlarından yağ yırtıqlarını çıxarmağa, gözlərin formasını dəyişdirməyə və pasiyentin gözlərinin altındakı torbalardan azad etməyə imkan verir (piy toxumasının yırtığı olan hallarda).
Üst göz qapaqlarının plastikası (üst blefaroplastika) üst göz qapaqlarında yaşa bağlı dəyişikliklərin aradan qaldırılmasına yönəlmiş bir əməliyyatdır. Əməliyyat zamanı artıq dəri və əzələlərin götürülməsi, üst göz qapaqlarının ifrat piy toxumasının çıxarılması həyata keçirilir.
BLEFAROPLASTİKA NEÇƏ YAŞDA EDİLƏ BİLƏR?
Adətən estetik məqsədlərlə həyata keçirilən bu əməliyyat 35 – 40 yaşdan sonra həyata keçirilir.
Leyla Medical Center
Sizin sağlamlığınız- bizim dəyərimizdir!
Ünvan: Xətai rayonu, Yusif Səfərov küç.19
Ətraflı məlumat: *0101
Whatsapp dəstək nömrəsi: +994 55 455 0111