Bronxial astma, atopik dermatit, allergik rinit allergik xəstəliklər hesab edilir. Dünyada hər dörd uşaqdan biri müxtəlif maddələrə qarşı allergiyadan əziyyət çəkir. Allerqiyanın ən qorxulu forması – anafilaktik şok. Anafilaktik şok – bütün həyati vacib orqanların zədələnməsi ilə gedən çox sürətli allergik reaksiyadır. Anafilaktik şok ancaq allergik uşaqda deyil, sağlam uşaqda da baş verə bilər. Ancaq, allergik uşaqda anafilaktik şokun başvermə təhlükəsi, əlbəttə ki, sağlam uşaqda olan təhlükədən daha çoxdur.
Allergiyaya meyllilik – irsi faktor hesab edilir. Ancaq tam sağlam olan valideynlərin heç birində allergiya olmadığı halda da, onların övladlarında müəyyən zərərli faktorların təsiri nəticəsində allergiya inkişaf edə bilər.
Bu kimi hallarda Mərkəzimizin uşaq Allerqoloquna müraciət edə bilərsiniz.
Leyla Medical Center-Pediatriya
Sizin sağlamlığınız- bizim dəyərimizdir!
Ünvan: Xətai rayonu, Yusif Səfərov küç.19
Ətraflı məlumat: *0101
Whatsapp dəstək nömrəsi: +994 55 455 0111
©️ Referans Medical Group