Təcili Tibbi Yardım

Leyla Medical Center-in Təcili və Təxirəsalmaz Tibbi Yardım xidməti, 7 gün 24 saat ərzində əhaliyə yüksək səviyyədə diaqnostik-müalicəvi xidmət göstərir. Təcrübəli və dinamik tibbi heyətimiz, hadisə yerində və ya xəstəxana şəraitində operativ xidmət göstərir.
Xidmətimizin üstünlükləri:

• Təchizat:
Ambulans maşınları ən müasir tibbi avadanlıqlarla təchiz olunub, ilkin tibbi yardımın daha effektiv olmasını təmin edir.
• Mobil Çağırış:
Ev və ya mobil telefonlardan *0101 nömrəsinə zəng etməklə ambulans çağırışı edə bilərsiniz.
• Operativ Cavab:
Beynəlxalq standartlara uyğun olaraq, Təcili Tibbi Yardım maşını 3 dəqiqə ərzində klinika ərazisini tərk edir.
• Komanda:
Bakı və Bakı ətrafı bölgələrdən olan çağırışlara 1 həkim, 2 tibb bacısı, sürücü və 2 porterdən ibarət heyətimiz ən qısa zamanda təcili yardıma çatır.
• Reanimobil:
Xüsusi reanimobil vasitəsilə ən ağır xəstələrin evakuasiyası və klinikaya çatdırılması təmin olunur.
• Xarici ölkələrə Təxliyə:
Zərurət yarandıqda xəstələrin xarici ölkələrə təxliyyəsinə dair bütün tədbirlər klinikamız tərəfindən həyata keçirilir.
Təcili yardıma ehtiyacınız olduqda, bizə müraciət edin!
Side Banner
Side Banner
Yüklənir...
Həkimlərimiz
Check Up
Əsas Səhifə
Xəbərlər
Əlaqə