Новости

Uşaqların və körpələrin dərisi üçün günəşdən qorunma vacibdir

Uşaqların və körpələrin dərisi üçün günəşdən yaxşı qorunma vacibdir, çünki onların zərif dərisi zərərli UV şüalarına qarşı hələ kifayət qədər inkişaf etməyib. 1 yaşından sonra uşağınızın üzünü və əllərini günəşdən qoruyucu və ya sink oksidli kremlə qorumaqda fayda var. 1 yaşından kiçik körpələrin günəş kremindən istifadə etmələri məsləhət deyil.

-Körpələr üçün nəzərdə tutulmuş bədən yağları günəşdən qoruyucu deyil, əksinə işığa qarşı həssaslığı artırır.
-Azyaşlı uşaqlar üçün kimyəvi UV filtrləri olan məhsullardan çəkinin, çünki onların uşaqların dərisinə necə təsir etdiyinə dair araşdırma yoxdur.
-Azyaşlı uşaqlar üçün mineral UV filtrli məhsul seçin. Tərkibi təbii minerallar olan günəşdən qoruyucu vasitələr daha güvənilir hesab olunur.
-Mineral filtrlər günəşi dəridən əks etdirir, kimyəvi filtrlər isə təhlükəli ultrabənövşəyi şüaları zərərsiz istiliyə çevirir.
-Xüsusilə kremlər və losyonlar uşaqlar üçün uyğundur, çünki onlar dərini geldən daha az qurudurlar.
-Suya davamlı günəş kremi istifadə edin, əks halda uşaq tərləyən zaman günəşdən qorunma azala bilər
-Son zamanlar günəş şüalarının intensivliyinin artması səbəbindən günəşdən qorunma faktoru (SPF) ən az 30 olmaqla, ən yaxşı halda 50 və daha çox olanını seçmək məsləhət görülür.
-Kimyəvi UV filtrləri olan məhsullardan istifadə edirsinizsə çölə çıxmamışdan ən azı 20-30 dəqiqə əvvəl günəşdən qoruyucu sürtməlisiniz.
-Mineral UV filtrləri sürtəndən dərhal sonra təsir etməyə başlayır.
-Mütəmadi olaraq krem ​​tətbiq etmək vacibdir ki, uşağın dərisi günəş şüalarından zərər görməsin. Kremi ən gec 2 saatdan bir yenidən tətbiq etməlisiniz.
-Çimərlikdə çimdikdən dərhal sonra uşağınızı qurudun, quruduqdan sonra kremi ​​tətbiq edin.

Məlumat üçün Mərkəzimizin Uşaq qastroenterologiya,hepatalogiya və qidalanma Uzmanı. Dr.Anar Tağıyevə təşəkkür edirik.

Leyla Medical Center-Pediatriya
Sizin sağlamlığınız- bizim dəyərimizdir!
Ünvan: Xətai rayonu, Yusif Səfərov küç.19
Ətraflı məlumat: *0101
Whatsapp dəstək nömrəsi: +994 55 455 0111
©️ Referans Medical Group