Terapiya

Leyla Medical Center-in Terapiya Şöbəsi yüksək ixtisaslı, peşəkar həkimləri ilə 7/24 xidmətinizdədir.

Terapiya şöbəsi ambulator və stasionar bölmələri ,həmçinin intensiv blok – ağır, reanimasiya xəstələr üçün nəzərdə tutulub.

Terapiya şöbəsində bütün müayinə və müalicə sahələri üzrə individual proqrama əsasən xidmətlər göstərilir, o cümlədən pulmonoloji, kardioloji, endokrinoloji, qastroentoroloji, nefroloji, revmatoloji, allerqoloji və digər sahələr üzrə tibbi xidmətlər göstərilir.

Şöbəyə daha çox daxili xəstəliklərdən əziyyət çəkən pasiyentlər müraciət edir. Lakin mütəmadi müayinələr, erkən diaqnostika və müalicə xəstəliyin gedişatına öz mühüm təsirini göstərir və xəstəliyin ağır fəsadlarla nəticələnməsinə imkan vermir, profilaktik tədbirlər isə sonradan hər hansı bir xəstəliyin yaranmasının qarşısını ala bilər.

Terapiya şöbəsində müalicə olunan xəstəliklər:

  • Sepsis
  • İnsultlar
  • Ağır pnevmoniyalar və tənəffüs çatışmazlıqları
  • Böyrək zədələnməsi
  • Qaraciyər zədələnməsi
  • Ürək-qan damar çatışmazlıqları
  • Diabetik komalar
  • Abdomenal punksiya
  • Plevral punksiyalar
  • Oynaq boşluğuna inyeksiyalar və s.