Cənubi Qafqazın ilk Mamalıq və Ginekologiya Mərkəzi Leyla Medical Center- 2019- cu ildən etibarən fəaliyyətini daha mütəşəkkil əsaslarla - yeni ad, daha geniş xidmət çeşidi, daha peşəkar həkimlərlə davam etdirir. Ən müasir tibbi texnologiyalarla təchiz olunmuş Leyla Medical Center qabaqcıl dünya təcrübəsindən istifadə edərək, pasiyentlərinin məmnuniyyətini daha da artırmaq üçün dayanmadan, dinamik heyyətlə 24 saat fasiləsiz peşəkar tibbi xidmət göstərməkdədir. Leyla Medical Center-in Ginekologiya Şöbəsində təcrübəli, peşəkar həkimlər tərəfindən bütün ginekoloji əməliyyatlar icra edilir. Bura hər cür kiçik müdaxilələrdən tutmuş, total laparoskop, histerektomiya, vaginoplastika, labioplastika, arxa və ön kolporafiya, diaqnostik histereskopiya, laparoskopik miomektamiya, laparoktamiya, keysəriyyə və təbii doğuşa qədər bütün əməliyyatlar daxildir. Əlavə olaraq uro-ginekoloji, sidik qaçırma və s. əməliyyatlar aparılır.
Ginekologiya şöbəmizdə icra olunan müayinə, müalicə və əməliyyatlar:
- Hamiləliyə nəzarət, yüksək riskli hamiləliyin izlənilməsi
- Laparoskopik və histereskopik əməliyyatlar
- Uşaqlıq boynu patologiyaları müalicəsi
- Sonsuzluğun diaqnostikası və müalicəsi
- İntim və vaginal plastika
- Obstetrik və Ginekoloji Ultrasəs müayinələr
- Abdominal əməliyyatların aparılması
- Təbii doğuş və keysəriyyə əməliyyatı
- Qadınlarda menstrual tsikl problemləri, polikistik over sindromu, hormonal pozğunlugların diagnostikası
- Qadın sonsuzluğunun müayinə və müalicəsi, intrauterine inseminasiya(IUI), süni mayalanma (IVF)
- Endometrium transplantologiyası və s.