Rozacea xəstəliyində şikayətlər müxtəliftir, üz dərisində zəif qızarıqdan tutmuş irinli iltihablı düyünlərə kimi. Həm tibbi həm də estetik baxımnan ciddi problem olan rozaceanın klinik formaları gədər əsas səbəbləri də müxtəlifdir. Xarici faktorların arasında dəri kapilarlarına ciddi genişləndirici təsir edən günəş və isitmə prosedurları, həmçinin istiotlu və ədviyyatlı qida, dəri mikroflorasına aid olan Demodex gənəsi və s. kimi sadalamaq olar. Daxıli faktorların sayı da cox genişdir: estrogen miqdarının yüksəkliyi və bu vəziyyətə bağlı olan kapilar endotelisinin həssaslığı, daxıli biosenozun pozulması və s. Həmçinin səhv kosmetolojı vasitələrin istifadəsi, isitici prosedurla, aqressiv təmizləyici və qulluq məhsulları da öz neqativ təsirini göstərərək xəstəliyin manifestassiyasına və ya residivlərinə səbəb ola bilər.
Xəstəlik ən çox ağ dərili qadınlarda rast gəlinir. İlkin mərhələlərdə diaqnozun dəgigləşdirilməsində müəyyən çətinlik mövcuddur, xəstələr illər boyi səhf diaqnozlarla müalicə olunur və kosmetolojı baxım vasitələrin növlərini səhv seçərkən problemi artırıb kəskin hala gətirə bilərlər.
Kəskinləşdirici və provokativ faktorların arasında ən mühüm olanı günəş şuasıdır, elə buna görə isti fəsildə SPF 50-dən aşağı olmayan günəşə qarşı vasitələrdən istifadə etmək zəruridir. Klassik müalicəsi antibakterial, iltihab əlehinə olan vasitələrin istifadəsi, topik akarisid preparatların tətbiqidir. Müasir müalicə üsullarına gəldikdə isə ön plana fototerapiya (İPL-lazer) və botulotoksin inyeksiyaları cıxır.