Menopauza gözlənilən vaxtdan erkən baş verdikdə nə etmək olar?

Klimaks - təbii fizioloji prosessdir,adətən bu prosess 45-50 yaş ərəfələrində baş verir,ancaq bu problemler hətta cavan xanımlarda başlaya bilər (35-40 yaşlarda)
Bəs erkən menopauzanın yaradan səbəblər nədir?

✅endrokrin pozğunluqlar
✅oral kontraseptivlərin və ya digər hormonal preparatların qeyri-düzgün qəbulu etməsi
✅uzun müddet antidepresantların qəbul etməsi
✅siqaretçəkmə
✅daimi stress və fiziki yüklənmə (erkən klimaks peşəkar idmançıların yoldaşıdır)

Erkən klimaksın əsas simptomları:

  • İstilikbasmalar, gah isti gah soyuq
  • Yuxunun pozulması
  • Tərləmənin artması
  • Ürəyin işində pozulmalar, təzyiqin qalxıb-düşməsi, təngənəfəslik
  • Dəri və saçlarda quruluq
  • Depressiya, yorğunluq və əsəbilik əlamətləri

Klimaksı necə yüngülləşdirmək olar?
Müasir tibb qadınlara bu mərhələni maksimum rahat keçirmək üçün xeyli kömək edə bilər. Hazırda erkən klimaksın arzuolunmaz əlamətlərini aradan qaldırmaq üçün əvəzedici hormonal terapiya (ƏHT) ən effektli üsul hesab edilir. Ginekoloqlar bir qayda olaraq estrogen və progesteron tərkibli dərmanlar təyin edir. Hormonal preparatlarınq əbulu həm klimaks simptomlarını yüngülləşdirməyə kömək edir, həm də sonradan ortaya çıxa biləcək diger əlamətlərdən xilas edir