Menisk – diz oynağında bud və qamış sümükləri arasında yastıq rolunu oynayan qığırdaq parçasıdır.
Hər diz oynağında 2 menisk mövcuddur. (lateral, medial). Menisk yırtıqları meniskə bir başa təzyiqlə yönələn fiziki aktivliklər və ya ani rotasion hərəkətlər zamanı yarana bilər. Ən çox professional idmançılarda rast gəlinsə də, professional idmanla məşğul olmayanlarda da diz oynağına alınmış bu və ya digər tip travmalar zamanı rast gəlmə tezliyi kifayət qədər çoxdur. Menisk yaş irəlilədikcə zəifləyir və buna görə də 30 yaş üstü insanlarda görünmə riski daha çoxdur.
Simptomları:
1. Ağrı – xüsusilə həmin nahiyəyəy toxunduqda.
2. Şişkinlik
3. Diz oynağında hərəkətlər zamanı çətinlik hissiyatı və ya bəzən hərəkət məhdudluğu
4. Diz oynağında bloklanma, tutulma duyğusu.
5. İnstabillik.
Müalicə konservativ və cərrahi yolla aparılır.
Konservativ müalicə RİCE ( Rest (sakitlik), İce (buz tətbiqi), Compression (xüsusi bandaj və ya elastik bitlə sarılma), Elevation (ətrafı ürək səviyyəsindən hündürdə saxlamaq)).
Cərrahi: Konservativ müalicə effekt verməzsə yırtılmanın dərəcəsindən və lokalizasiyasından asılı olaraq artroskopik olaraq (oynaq daxiline 2 mikro dəliklə kamera görüntüsü ilə girilərək) meniskin təmiri və ya xaric edilməsi yöntəmlərinə müraciət edilir.