Hamiləlik planlayan və hamilə xanımlarda tiroid vəzi müayinəsi nə zaman aparılmalıdır?

Anamnezində hipotireozu olan və hamiləlik planlaşdıran xəstələrdə tiroksinin səviyyəsini azaldaraq, TSH-ın zərdabda səviyyəsinin <2.5 mBV/ml -ə qədər qalxmasına nail olmaq lazımdır. Belə artım hamiləliyin ilk trimestrində TSH-ın səviyyəsinin artması riskini azaldır.
Hamiləlik zamanı estrogenin səviyyəsi və tiroidbirləşdirici qlobulinin konsentrasiyası artır, bu isə T4 və T3 hormonlarının artmasına gətirib çıxarır. Birinci trimestrdə, həmçinin, insanın xorionik qonadotropininin (iXQ) təsirindən zərdabda TSH-ın səviyyəsi aşağı düşür, bu isə FT4-ün cüzi və keçici artması ilə assosiasiya olunur. Bu dəyişikliklər cüzidir və bir çox hamilə qadınlarda FT4 konsentrasiyaları hamilə olmayan qadınlardakı normal göstərici ilə eyni qalır. [12] İkinci və üçüncü trimestrdə, FT4 və FT3 səviyyəsi azalaraq, hamilə olmayan qadınlardakı standart səviyyədən aşağı düşür. Hamilə qadınlarda skrininqin lehinə və ya əleyhinə olan elmi dəlillər kifayət qədər deyil.

Hamiləlik dövründə qalxanabənzər vəzinin hormonal disfunksiyasının müəyyən edilməsi və müalicəsi üçün xəstəlik hadisəsinin aşkarlanması ilə müqayisədə, ümumi skrininqin aparılması xoşaglməz nəticələrin baş verməsini azaltmamışdır. [13] Buna baxmayaraq, Endokrinologiya Cəmiyyəti qalxanabənzər vəzinin disfunksiyası riski olan skrininq qruplarını tövsiyə edir. Bunlara aşağıdakı qadınlar aiddir: [14]

>30 yaş
Hal-hazırda levotiroksinlə əvəzedici müalicə alan
Yod çatışmazlığı olan, endemik zonada yaşayan
Anamnezdə hipertireoz və ya hipotireoz, doğuşdan sonra tireoidit, yaxud qalxanabənzər vəzinin lobektomiyası olan
Ailə anamnezində qalxanabənzər vəzinin patologiyası olan
Ur
Tiroid anticisimləri (məlum olduqda)
Qalxanabənzər vəzinin funksiyasının azalmasını və ya artmasını göstərən simptomlar və kliniki əlamətlər, məsələn, anemiya, xolesterolun səviyyəsinin artması və ya hiponatriemiya
Birinci tip şəkərli diabet
Digər autoimmun patologiyalar
Baş və boyun nahiyəsinin müalicəsi məqsədilə şüalanma anamnezi
Anamnezdə daha öncə vaxtından əvvəl doğuş və uşaqsalmanın olması
Sonsuzluq: sonsuzluğa görə kliniki müayinənin bir hissəsi kimi TSH səviyyəsi yoxlanılmalıdır.
Hipotireozu olan hamilə qadınlarda QFS-ə diqqətlə nəzarət etmək lazımdır, belə ki, əksər hallarda ilk trimestrdə tiroksininin əvəzolunması 30-50% artırılmalıdır. Birinci trimestrdə zərdabda TSH konsentrasiyasını 0,1-2,5 mBV/ml, ikinci trimestrdə 0,2-3 mlV/ml və üçüncü trimestrdə 0,3-3 mBV/ml səviyyəsində saxlamaq üçün tiroksinin dozası titrlənməlidir. [11] [13] Hamiləliyin 20-ci həftəsinə qədər hər 4 həftədən-bir, sonra isə 26-cı və 32-ci həftədə ən azı bir dəfə TSH-ın səviyyəsi ölçülməklə nəzarət aparılmalıdır. Doğuşdan sonra tiroksinin miqdarı hamiləliyə qədər istifadə olunan dozaya qədər azaldılmalı və ehtiyac olarsa, tiroksinin dozasının daha sonra dəyişmək üçün TSH 6 həftədən sonra təkrar yoxlanılmalıdır.