Leyla Medical Center hər an və hər ünvanda pasiyentlərinin sağlamlığının keşiyində durmaq üçün "ÜNVANDA XİDMƏT" layihəsi ilə pasiyentlərinin hər an yanındadır. Ünvanda müayinə xidməti həm də xəstəxanada növbə gözləməyə, marşrut istiqamətini dəyişməyə, tıxacda qalmağa, komfortunu pozmağa ehtiyac olmadan rahat və komfortlu tibbi xidmət almaq üçün ən optimal üsuldur. Bir zənglə Leyla Medical Center-in keyfiyyətli tibbi xidməti olduğunuz ünvana gələcək. 365 gün olmaqla 7gün 24 saat tibbi xidmətlə yanınızdayıq!
Ünvanda tibbi xidmətə daxildir:
- 4000-dən çox laborator xidmətlər
- COVID-19 müayinələri
- Laborator nəticələrin və uçuş öncəsi arayışların ünvana çatdırılması
- Vena və əzələ daxili infuziyalar
- Peyvəndlərin vurulması
- Pediatrik Təcili Tibbi Yardım
- Təcili Tibbi Yardım
- Diaqnostik müayinələr (USM, Exo-KQ və EKQ)
- Həkim müayinələri və s.