Ümumi Cərrah Op.Dr.Elgün Səmədov

Onkoloji əməliyyat zamanı həmin orqanda mümkün qədər şişə toxunmamaq və onu qidalandıran, həmçinin ondan gedən damarları bağlamaq lazımdır. Bu halda şişə toxunulsa belə onun yayılmasının qarşısını nisbətən almaq mümkün olur. Onkoloji xəstələrdə şiş - sıçrama, metostaz verərək hemotogen (qanla) və limfogen yolla yayılır. Limfa damarları tutur və yayılır. Bu səbəbdən limfa düyünlərini çıxartmaq xəstəliyin mərhələsini qoymaq və xəstəyə verəcəyimiz sonrakı müalicələr üçün çox əhəmiyyətlidir. Ona görə də əməliyyat limfa düyünləri ilə və damarların köklərdən bağlamaqla bərabər şiş hüceyrələrinə mümkün qədər toxunmamaqla icra olunmalıdır.